BMY Caspian MMC Marketinq Meneceri
О должности
BMY Caspian MMC komandamıza məhsul və xidmətlərimizi peşəkar şəkildə tanıdacaq, bazarı araşdıran, texniki məlumatları mənimsəyərək keyfiyyətli kontent hazırlaya bilən Marketinq Meneceri axtarırıq.
İş qrafiki: Həftədə 5 iş günü, 09:00–18:00
Əsas vəzifələr
Şirkətin məhsul və xidmətlərini dərindən öyrənmək, onların üstünlüklərini düzgün və effektiv şəkildə təqdim etmək;
Şirkət tərəfindən təşkil olunan məhsul və texniki təlimlərdə aktiv iştirak etmək;
Tikinti bazarını, rəqibləri və sektor trendlərini mütəmadi araşdırmaq;
Sosial media və digər kommunikasiya kanalları üçün kontent planı hazırlamaq və həyata keçirmək;
Məhsullar, layihələr və görülən işlərlə bağlı foto, video və mətn məzmunlarının hazırlanmasını koordinasiya etmək;
Məhsulların texniki üstünlüklərini sadə və cəlbedici formada təqdim edən kontentlər hazırlamaq;
Tanıtım materialları, təqdimatlar, broşurlar və digər marketinq məzmunlarının hazırlanmasında iştirak etmək;
Satış komandası ilə əməkdaşlıq edərək marketinq fəaliyyətlərini dəstəkləmək;
Brendin tanınmasını artıracaq yeni ideya və təşəbbüslər irəli sürmək.
Tələblər:
Marketinq sahəsində iş təcrübəsi; tikinti və ya inşaat sektorunda təcrübə üstünlükdür;
İnşaat, mülki mühəndislik, memarlıq və ya digər əlaqəli ixtisas üzrə təhsil və ya bu sahə üzrə biliklər üstünlükdür;
Güclü araşdırma, analitik düşünmə və kontent hazırlama bacarığı;
Sosial media platformaları və rəqəmsal marketinq üzrə praktiki biliklər;
Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilmək (İngilis dili mütləqdir), Rus dili biliyi üstünlükdür;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Məsuliyyətli, təşəbbüskar, öyrənməyə açıq və komandada işləmək bacarığı.
Təklif edirik:
Əmək haqqı namizədin bilik, təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir;
Performans göstəricilərinə əsaslanan bonus sistemi;
Həftədə 5 iş günü (09:00–18:00);
Məhsul və peşəkar inkişaf üzrə mütəmadi təlimlər;
Müasir və inkişaf edən şirkətdə uzunmüddətli karyera perspektivi;
Peşəkar və dinamik komandada çalışma imkanı.
Müraciət qaydası
Uyğun namizədlərdən CV-lərini "Marketinq Meneceri" başlığı (subject hissədə vakansiya adı mütləq yazılmalıdır) ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.

BMY Caspian MMC 2009-cu ildən inşaat sektorunda fəaliyyət göstərir. Şirkət dünyaca məşhur inşaat kimyəvi materiallarının Azərbaycandakı rəsmi distribütorudur. Hidroizolyasiya, istilik və səs…