PJA MMC Marketinq Meneceri
О должности
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş saatı: 10:00–19:00
PJA - restoran və qida xidməti sahəsində fəaliyyət göstərən çoxbrendli idarəetmə şirkətidir. Şirkət Azərbaycanda Papa Johns, LVIV Handmade Chocolate və Bursa Kebap Evi kimi beynəlxalq və tanınmış brendlərin idarə olunmasını həyata keçirir.
Biz xarici və qlobal brendlərlə franchise modeli əsasında işləyirik. Buna görə marketinq fəaliyyətlərində brend standartlarına və kommunikasiya qaydalarına düzgün əməl olunması bizim üçün xüsusi əhəmiyyət daşıyır.
Hazırda komandamıza marketinq funksiyasını strateji səviyyədə idarə edə biləcək, brend standartlarını anlayan, analitik düşünən, AI və müasir rəqəmsal alətlərdən istifadə etməyi bacaran Marketinq Meneceri axtarırıq.
Vəzifənin məqsədi
- Marketinq Menecerinin əsas rolu şirkətə daxil olan brendlərin bazarda düzgün mövqelənməsini təmin etmək, marketinq strategiyasını formalaşdırmaq, marketinq komandasının işini idarə etmək və bütün fəaliyyətlərin satış, brend dəyəri və müştəri davranışı üzərində real təsirini ölçməkdir.
Əsas məsuliyyətlər
- Brendlər üzrə marketinq strategiyasının formalaşdırılması və icrasına nəzarət;
- Xarici/global brendlərin brand book, guideline, vizual standart və kommunikasiya qaydalarının düzgün tətbiqinə nəzarət;
- Brendlərin bazarda mövqelənməsi, kommunikasiya tonu və müştəriyə təqdimat formasının idarə olunması;
- Marketinq departamentinin gündəlik işinin planlaşdırılması, komanda üzvlərinin koordinasiyası və icra keyfiyyətinə nəzarət;
- Kampaniya, promo, yeni məhsul təqdimatı, yeni restoran açılışı və lokal marketinq layihələrinin strateji planlaşdırılması;
- Rəqəmsal marketinq, sosial media, reklam, CRM, loyallıq və direct order istiqamətlərində işlərin ümumi idarə edilməsi;
- Marketinq fəaliyyətlərinin satış, sifariş sayı, orta çek, təkrar alış, reklam xərci və konversiya göstəriciləri əsasında analiz edilməsi;
- Bazar trendlərinin, rəqib fəaliyyətlərinin və müştəri davranışlarının izlənilməsi, bu məlumatlar əsasında təkliflərin hazırlanması;
- AI alətlərindən marketinq proseslərində istifadə imkanlarının müəyyən edilməsi və komandanın iş effektivliyinə tətbiqi;
- Google Workspace, Google Docs, Sheets, Slides və digər iş alətləri vasitəsilə tapşırıqların, hesabatların və proseslərin sistemli idarə olunması;
- Marketinq büdcəsinin planlaşdırılması, xərclərə nəzarət və rəhbərliyə aydın, analitik hesabatların təqdim edilməsi.
Namizəddən gözləntilər
- Marketinq sahəsində minimum 5 il iş təcrübəsi;
- Marketinq komandası və ya marketinq funksiyasını idarə etmə təcrübəsi;
- Brend idarəetməsi, kampaniya planlama və rəqəmsal marketinq üzrə praktik bilik;
- Xarici və ya franchise brendlərlə, brand book və guideline-larla işləmə bacarığı;
- Analitik düşüncə və marketinq nəticələrini biznes göstəriciləri ilə əlaqələndirmək bacarığı;
- AI alətlərindən iş prosesində aktiv və effektiv istifadə bacarığı;
- Müasir marketinq trendlərini izləmək, yenilikləri öyrənmək və tətbiq etmək istəyi;
- Google Workspace, Google Docs, Google Sheets, Google Slides və oxşar iş alətləri ilə sərbəst işləmə bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dilində brand guideline, hesabat və korporativ materiallarla işləyə biləcək səviyyədə bilik;
- Rus dili biliyi üstünlükdür;
- Sistemli yanaşma, məsuliyyətlilik, prioritetləşdirmə və komanda idarəetmə bacarığı.
Üstünlük veriləcək namizədlər
- Restoran, qida, retail, FMCG, çatdırılma və ya xidmət sektorunda marketinq təcrübəsi olanlar;
- Beynəlxalq və ya franchise brendlərin standartları ilə işləyən namizədlər;
- Çoxbrendli mühitdə marketinq idarəetmə təcrübəsi olanlar;
- Kampaniya nəticələrini satış, müştəri axını, orta çek və reklam xərclərinin effektivliyi ilə ölçə bilənlər;
- CRM, loyallıq, mobil tətbiq, direct order və rəqəmsal satış kanalları ilə işləmiş namizədlər;
- AI, avtomatlaşdırma və rəqəmsal alətləri marketinq proseslərinə tətbiq edə bilənlər;
- Əvvəlki kampaniya nümunələri və ölçülə bilən nəticələr təqdim edə bilənlər.
Biz nə təklif edirik
- Beynəlxalq və tanınmış brendlərlə işləmək imkanı;
- Çoxbrendli restoran qrupunda real marketinq idarəetməsi təcrübəsi;
- Strategiya, brend idarəetməsi, rəqəmsal marketinq, analitika və komanda idarəçiliyi üzrə geniş məsuliyyət sahəsi;
- Qlobal brend standartları ilə işləmək və peşəkar inkişaf imkanı;
- Dinamik və nəticəyönümlü iş mühiti;
- Rəsmi əmək müqaviləsi və sabit iş şəraiti;
- Namizədin təcrübə və bacarıqlarına uyğun əmək haqqı.
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu yerində “Marketinq Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərə bilərlər.
Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

PJA MMC iaşə xidmətləri sahəsində fəaliyyət göstərən çoxbrendli şirkətdir. Şirkət Papa Johns Azerbaijan, LVIV Şokolad Evi və Bursa Kebap Evi brendləri üzrə idarəetmə və əməliyyat fəaliyyətini həyata…