Marketinq Mütəxəssisi
Опубликовано 20 ч. назад Источник ↗
Категория Маркетинг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
- Marketinq Mütəxəssisi dəstək rolunu yerinə yetirərək marketinq komandasına media planlarının icrasında, habelə bütün marketinq kampaniyaları və fəaliyyətlərinin həyata keçirilməsində yardım göstərir. Bu vəzifə rəqəmsal və sosial media marketinqi, məzmun yaradılması və istehsalı, tədbirlərin təşkili və inzibati vəzifələri əhatə edən müxtəlif tapşırıqlarda iştirak etməyi tələb edir.
Öhdəliklər:
Marketinq Kampaniyalarının Dəstəklənməsi:
- Brendlər portfeli üçün marketinq kampaniyalarının hazırlanmasına və həyata keçirilməsinə dəstək olmaq,
- Reklam materiallarının hazırlanması və istehsalında iştirak etmək, mətnlərin yazılması, qrafik dizaynı, tədbirlərin təşkili və xarici təchizatçılarla koordinasiyanı əhatə edir,
- Kampaniyanın nəticələrini izləmək, təhlil etmək və təkmilləşdirmələr üçün tövsiyələr vermək.
Məzmun Yaradılması və Tədbir Dəstəyi:
- Brend qaydaları və marketinq məqsədləri ilə uyğun olan blog yazıları, sosial media paylaşımları və veb məzmun hazırlamaq,
- Yüksək keyfiyyətli vizual, video və multimedia məzmunlarının istehsalında yaradıcı komandaya dəstək olmaq,
- Koleksiya təqdimatları və mağaza daxili aksiyalar da daxil olmaqla tədbirlərin planlaşdırılması və həyata keçirilməsində dəstək vermək, təchizatçılar və freelancerlərlə koordinasiya.
İnzibati Vəzifələr:
- Görüşlərin planlaşdırılması, hesabatların hazırlanması, performansın izlənməsi və marketinq bazalarının saxlanılması kimi inzibati vəzifələrdə iştirak,
- Media plan fəaliyyətlərinin, büdcənin və marketinq xərclərinin izlənməsində yardım,
- Marketinq kampaniyaları və qərar qəbuletməyə dəstək məqsədilə araşdırma və məlumat toplama.
Tələblər
Professional biliklər:
- Marketinq prinsipləri və marketinq alətləri üzrə baza praktiki biliklər. Bu tələb CV-də kampaniya dəstəyi, media plan fəaliyyətləri, sosial media, məzmun yaradılması, veb/blog kontenti, tədbir dəstəyi, marketinq hesabatları, araşdırma və/və ya məlumat toplama üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir.
- MS Office, sosial media platformaları, e-mail marketinq, analitika və/və ya dizayn/məzmun alətləri ilə işləmək bacarığı. Bu tələb CV-də Excel/PowerPoint, sosial media hesabları, e-mail kampaniyaları, kampaniya hesabatları, analitika və/və ya dizayn/məzmun alətləri üzrə təcrübə göstərildikdə qarşılanmış hesab edilir.
- İngilis dili biliyi: A2+ (Pre - intermediate) və daha yüksək səviyyə, Rus dili arzuolunandır.
Təhsil:
- Marketinq, brend idarəçiliyi, dizayn, kommunikasiya, jurnalistika və ya əlaqəli sahə üzrə ali təhsil və ya davam edən ali təhsil; yaxud rəqəmsal marketinq, məzmun yaradılması və ya əlaqəli sahə üzrə müvafiq kurs/sertifikat.
İş təcrübəsi:
- Marketinq, reklamçılıq, jurnalistika, kommunikasiya, məzmun yaradılması, sosial media və/və ya kampaniya dəstəyi sahəsində ən azı 1 il iş təcrübəsi.
Professional bacarıq və kompetensiyalar:
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
- Yaradıcı düşüncə və detallara diqqət
- Çoxsaylı tapşırıqları eyni vaxtda idarəetmə və prioritetləşdirmə bacarığı
- Dinamik mühitdə öyrənməyə və uyğunlaşmağa hazırlıq
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
SOC 
Sinteks Group of Companies
Topdansatış və pərakəndə ticarət
Sinteks Şirkətlər Qrupu Qafqaz və Mərkəzi Asiya regionunda moda üzrə aparıcı pərakəndə satış qruplarından biridir. Şirkət premium, orta-yuxarı və kütləvi bazar seqmentlərini əhatə edən 100-dən çox…