Marketinq üzrə Təcrübəçi (Paid Internship)
О должности
Marketinq dünyasına ilk addımını atmağa hazırsan?
Əgər sosial media, rəqəmsal alətlər, AI texnologiyaları və yaradıcı ideyalar səni həyəcanlandırırsa, komandamıza qoşulmaq üçün doğru zamandır.
Sən bu proqramda nə edəcəksən:
Sosial media və marketinq fəaliyyətlərində komandaya dəstək olacaqsan;
Bazar və rəqib araşdırmaları aparacaqsan;
Kontent ideyalarının hazırlanmasında iştirak edəcəksən;
Təqdimatların, hesabatların və marketinq materiallarının hazırlanmasına dəstək göstərəcəksən;
Sosial media paylaşımlarının hazırlanması prosesinə qoşulacaqsan;
AI və müxtəlif rəqəmsal alətlərdən istifadə edərək tapşırıqların icrasında iştirak edəcəksən;
Marketinq layihələri və tədbirlərdə komandanı dəstəkləyəcəksən;
Gündəlik operativ tapşırıqları yerinə yetirəcəksən.
Səndən nə gözləyirik:
Marketinq və rəqəmsal sahəyə maraq;
Araşdırma və məlumat toplama bacarığı;
Kompüter və internet alətlərindən sərbəst istifadə;
Sosial media platformaları haqqında ümumi bilik;
Məntiqi düşünmə və sürətli öyrənmə qabiliyyəti;
Məsuliyyətli və öyrənməyə açıq yanaşma;
Microsoft Office proqramlarında baza bilikləri;
Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı;
Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur:
Canva, ChatGPT və digər rəqəmsal alətlərlə işləmək bacarığı;
İngilis dili biliyi.
Biz nə təklif edirik:
Ödənişli təcrübə proqramı
Real marketinq layihələrində iştirak imkanı
Təcrübə müddətini uğurla tamamlayandan sonra iş imkanı
Peşəkar inkişaf və öyrənmə mühiti
İş şəraiti
Ünvan: Çinar Park Biznes Mərkəzi
İş saatları: 08:30 – 17:30
İş qrafiki: 5 günlük
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Əsas fəaliyyət istiqaməti olaraq, Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır.…