Qardaşlar Mebel MDF Mebel Ustası
О должности
İş şəraiti
İş qrafiki: 6 günlük, Bazar günü istirahət günüdür
İş yeri: Bakı, Binəqədi r., Biləcəri qəs., Binəqədi şos. 8F
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Tələblər
Mebel sahəsində minimum 8-10 il iş təcrübəsi;
MDF və digər mebel növlərinin hazırlanması, yığılması və quraşdırılması üzrə peşəkar bilik;
Sərbəst şəkildə mebel montajı və quraşdırılması bacarığı;
Çertyoj və layihələrlə işləmə qabiliyyəti;
İşində məsuliyyətli, dəqiq və səliqəli olmaq;
Komandada işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.
Vəzifə öhdəlikləri:
Mebellərin yığılması və montajı;
Obyektlərdə mebellərin quraşdırılması;
İş prosesində keyfiyyət standartlarına riayət olunması;
Sifarişlərin vaxtında və peşəkar şəkildə təhvil verilməsi.
Təklif edirik:
Stabil iş mühiti;
Uzunmüddətli əməkdaşlıq imkanı.
Peşəkar, işini sevən və məsuliyyətli ustaları komandamızda görməkdən məmnun olarıq!
Vakansiyaya müraciət üçün [email protected] elektron poçt adresinə CV göndərməyiniz xahiş olunur.
