ABC PharmABC Pharm

Media Siması / Sosial Media Aparıcısı - Masazır

Опубликовано 1 нед. назад Источник: azvak.az ↗
Маркетинг
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
18 iyul 2026

О должности

İş yeri: Masazır qəsəbəsi, Yeni Bakı Yaşayış Kompleksi

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00

  • ABC Pharm komandası böyüyür!

Şirkətimizin sosial media platformalarında çıxış edəcək, videolar hazırlayacaq və brendimizin siması olacaq enerjili, yaradıcı və özünə güvənən əməkdaş axtarırıq.

Vəzifələr

  • Sosial media üçün video kontentlərin hazırlanmasında iştirak etmək

  • Kamera qarşısında məhsul və xidmətlərin təqdimatını etmək

  • TikTok, Instagram, Facebook və YouTube platformaları üçün qısa videolar çəkmək

  • Şirkətin tədbirlərində, təqdimatlarında və çəkilişlərindəiştirak etmək

  • Yeni ideyalar və kreativ kontentlər təklif etmək

  • Sosial media layihələrinin həyata keçirilməsinə dəstək olmaq

  • ABC Pharm brendini peşəkar şəkildə təmsil etmək

Tələblər:

  • 22–35 yaş

  • Səlis və aydın nitq qabiliyyəti

  • Kamera qarşısında rahat davranış

  • Xarici görünüşə və təqdimat bacarığına diqqət

  • Sosial media platformalarından aktiv istifadə

  • Yaradıcı düşüncə və yüksək ünsiyyət bacarığı

  • Komandada işləmək bacarığı

  • Əczaçılıq və ya tibb sahəsində bilik üstünlük hesab olunur

Təklif edirik:

  • Rəqabətli əməkhaqqı

  • Bonus sistemi

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı

  • Müasir və dinamik iş mühiti

  • Şirkətin reklam kampaniyalarında iştirak etmək imkanı

  • ABC Pharm-ın rəsmi media siması olmaq imkanı

Müraciət qaydası

CV və qısa təqdimat videosunu aşağıdakı əlaqə vasitələrinəgöndərə bilərsiniz:

[email protected]

Vatsap: (055-254-40-71)

Qeyd:

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeydedəsiniz.

Qeyd:

Əvvəlki təcrübə mütləq deyil. Əsas şərt kamera qarşısında özünü sərbəst ifadə etmək, öyrənməyə açıq olmaq vəşirkətin media siması kimi inkişaf etmək istəyidir.

Похожие вакансии

Смотреть все
Позвонить