Məhkəmə İşləri üzrə Hüquqşünas
Опубликовано 20 ч. назад Источник ↗
Категория Юриспруденция
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vəzifə öhdəlikləri
- Şirkətin hüquqi maraqlarını məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək;
- Məhkəmə işlərinin hazırlanması, aparılması və məhkəmə qərarlarının icrasını izləmək;
- İddia ərizələri, etirazlar, vəsatətlər və digər prosessual sənədləri hazırlamaq;
- Hüquqi müraciət, ərizə və şikayətləri hazırlamaq və cavablandırmaq;
- Məhkəmə işləri üzrə hüquqi məsləhətlər vermək;
- Qanunvericilikdə edilən dəyişiklikləri izləmək və tətbiq etmək.
Namizədə tələblər
- Hüquq üzrə ali təhsil;
- Məhkəmə işləri və ya hüquq sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Mülki, Mülki Prosessual, İnzibati Prosessual və Əmək qanunvericiliyi üzrə biliklər;
- Hüquqi sənədlərin hazırlanması və məhkəmə proseslərinin idarə olunması bacarığı;
- Analitik düşünmə və hüquqi yazışma bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dili üstünlükdür);
- MS Office proqramları, e-mehkeme.gov.az, e-qanun.az və digər elektron hüquqi platformalarla işləmək bacarığı.
İş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;
- Nahar və korporativ mobil nömrə ilə təminat;
- Servis xidməti;
- Əmək haqqı: Müsahibə əsasında.
İş yeri: Bakı şəhəri, 10-cu Köndələn küçəsi, 2074–2077-ci məhəllə.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Məhkəmə İşləri üzrə Hüquqşünas" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Inci Group Of Companies
Topdansatış və pərakəndə ticarət
Fəaliyyətə 1995-ci ildə satış şirkəti kimi başlamışıq. Hal hazırda Satış və Distribütor Şirkəti olaraq dünyanın fərqli nöqstəsindəki tərəfdaşlarımızla istifiadəçilərimizin arzuları üçün çalışırıq.…