OB& Olivia Beauty & CareOlivia Beauty & Care

Məhsul üzrə kiçik mütəxəssis

Опубликовано 17 ч. назад Источник
HR
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
26 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vəzifə öhdəlikləri:

  • Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
  • İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkətin təmin edilməsi;
  • Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf strateqiyalarının hazırlanması və həyata keçirilməsi;
  • Təchizatçılar ilə uzunmüddətli əlaqələrin qurulması;
  • Müvafiq sifarişlərin verilməsi və məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsi;
  • Marketinq komandası ilə əməkdaşlığın edilməsi;
  • Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strateqiyaların hazırlanması və tətbiq edilməsi;
  • Məhsul kateqoriyaların genişləndirməyin yeni yollarının tapılması;
  • Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının və xüsusi hesabat və təhlillərin hazırlanması;
  • Büdcənin idarə edilməsi və izlənməsi.

Tələblər

  • Maliyyə üzrə ali təhsil; 
  • Azərbaycan dili biliyi səlis , rus dili bilgisi və ya ingilis dili bilgisi əla (həm yazı, həm şifahi);
  • Kosmetika və özünə baxım sahələrində təcrübə arzolunandır;
  • Analitik düşünmə və riyazi hesablama bacarıqları yüksək;
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı
  • Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook), 1C proqramı üzrə ümumi biliklər.

İş şəraiti:

  • İş grafiki: I-V günlər
  • İş saatı 9:00- 18:00

Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

OB& Olivia Beauty & Care
Olivia Beauty & Care
Topdansatış və pərakəndə ticarət

“Olivia” Beauty & Care geniş assortimentli, Türkiyə, İtaliya, Polşa, Belarus və s. ölkələrdən olan tanınmış, həm də eksklüziv baxım və dekorativ kosmetika, parfümeriya, həmçinin məişətdə istifadə…

Похожие вакансии

Смотреть все