A AzercellAzercell

Məlumat Keyfiyyəti üzrə mühəndis

Bakı Опубликовано 15 ч. назад Источник
Полная занятость 1–3 года Инжиниринг
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vakansiyanın təsviri

  • Məlumat keyfiyyəti yoxlamalarının, validasiya qaydalarının və monitorinq proseslərinin hazırlanması, tətbiqi və davamlı dəstəklənməsi.
  • Məlumat keyfiyyəti göstəricilərinin izlənilməsi, məlumat problemlərinin, anomaliyaların və uyğunsuzluqların araşdırılması.
  • Məlumatların tamlığı, dəqiqliyi, ardıcıllığı və bütövlüyünü qiymətləndirmək üçün məlumat profilləşdirilməsi və təhlilinin aparılması.
  • Məlumat mənşəyi (Data Lineage), metadata idarəetməsi və məlumat kataloqu (Data Catalog) təşəbbüslərinə dəstək verilməsi.
  • Biznes istifadəçiləri, Data Steward-lar, Data Owner-lər və texniki komandalarla əməkdaşlıq edərək məlumat keyfiyyəti problemlərinin müəyyənləşdirilməsi və həll edilməsi.
  • Məlumat keyfiyyəti üzrə dashboard-ların, scorecard-ların və hesabatların hazırlanması və dəstəklənməsi.
  • Məlumat keyfiyyəti insidentlərinin kök səbəb analizinin (Root Cause Analysis) aparılması və düzəldici tədbirlərin təklif edilməsi.

Xüsusi tələblər

  • Data Engineering, Data Quality, Data Governance, Data Warehousing, Business Intelligence və ya əlaqəli sahələrdə 2 il iş təcrübəsi.
  • Kompüter elmləri, İnformasiya Texnologiyaları, Mühəndislik, Statistika və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • Məlumatların profilləşdirilməsi, məlumat keyfiyyəti təhlili, scorecard-ların hazırlanması və kök səbəb analizləri üçün mürəkkəb SQL sorğularının, o cümlədən analitik sorğuların yazılması üzrə güclü bilik.
  • Avtomatlaşdırma, məlumatların təhlili və emalı üçün Python, PySpark və Spark üzrə yaxşı bilik.
  • Ölçü modelləşdirilməsi (Dimensional Modeling), sxem dizaynı (Schema Design), RDBMS sistemləri, Data Warehousing anlayışları, ETL/ELT prosesləri və məlumat inteqrasiyası prinsipləri üzrə yaxşı bilik.
  • Həm biznes, həm də texniki maraqlı tərəflərlə effektiv əməkdaşlıq etmək bacarığı.
  • Məlumat keyfiyyəti ölçüləri – dəqiqlik (Accuracy), tamlıq (Completeness), ardıcıllıq (Consistency), etibarlılıq (Validity), unikallıq (Uniqueness) və aktuallıq (Timeliness) üzrə yaxşı anlayış.

 

Üstünlük verilən bilik və bacarıqlar

  • Trend analizi, reqressiya analizi və anomaliyaların aşkarlanması da daxil olmaqla statistik metodlar və məlumat analizi texnikaları üzrə bilik.
  • Obyektyönümlü Proqramlaşdırma (OOP) və Proseduryönümlü Proqramlaşdırma (POP) konsepsiyaları üzrə anlayış.
  • Data Governance çərçivələri üzrə bilik və Informatica, Axon və ya oxşar Data Governance platformaları ilə praktiki iş təcrübəsi.
  • Hadoop, Hive, Impala və ya Spark kimi Big Data texnologiyaları ilə iş təcrübəsi.
Müraciət üçün (CV): https://careers.azercell.com/job/Baku-M%C9%99lumat-Keyfiyy%C9%99ti-%C3%BCzr%C9%99-m%C3%BCh%C9%99ndis-Data-Quality-Engineer/1366988657/

Похожие вакансии

Смотреть все
Откликнуться