SuperToys mağazalar şəbəkəsi Merçendayzer (xanım)
О должности
SuperToys MMC-dən vakansiya: Merçendayzer (xanım) tələb olunur
Vəzifə öhdəlikləri:
– Mağazalarda məhsulların vizual standartlara uyğun yerləşdirilməsini təmin etmək;
– Vitrin və məhsul ekspozisiyalarını cəlbedici şəkildə hazırlamaq və mütəmadi yeniləmək;
– Məhsulların qiymət etiketləri və reklam materiallarının düzgün yerləşdirilməsinə nəzarət etmək;
– Mövsümi kampaniyalar və xüsusi aksiyalar üçün vizual düzülüşləri həyata keçirmək;
– Filiallarda vizual standartların qorunmasına nəzarət etmək.
Namizədlərə tələblər:
– Təhsil: Orta və ya ali təhsil;
– İş təcrübəsi: Merçendayzinq və ya pərakəndə satış sahəsində təcrübə arzuolunandır
– Cins: Xanım namizədlər
– Kreativ düşüncə və estetik zövq;
– Detallara diqqət və məsuliyyətlilik;
– Komandada işləmək və operativ qərarvermə bacarığı;
– Ezamiyyətlərə hazır olmaq.
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09.00-dan 18.00-kimi
– İş yeri: Supertoys mağazalar şəbəkəsinin filialları
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 800-1000 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Merçendayzer” yazaraq [email protected] epoçt ünvanına ya da (055)220-23-72 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
