KinderGartenKinderGarten

Metodist

Опубликовано 14 ч. назад Источник: jobsearch.az ↗
Образование
Ежемесячная зарплата
₼1,000+
Срок подачи
28 iyul 2026

О должности

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Namizədə tələblər:

  • ​Yaş: 25-45
  • ​Təhsil: Ali (Pedaqoji təhsil mütləqdir)
  • ​İş təcrübəsi: Məktəbəqədər təhsil müəssisələrində metodist və ya rəhbər pedaqoji vəzifələrdə ən azı 2-3 il iş təcrübəsi
  • ​Dil bilikləri: Azərbaycan və Rus (əla), İngilis dili (əla) - mütləqdir

​Şəxsi və peşəkar keyfiyyətlər:

  • ​Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla (pedaqoji heyət və valideynlərlə) effektiv ünsiyyət qurmaq bacarığı
  • ​Fikirlərini aydın, lakonik, inamla ifadə etmək və təqdimat bacarıqları
  • ​Müasir təlim-tədris metodologiyalarını mənimsəməyə, tətbiq etməyə və inkişaf etdirməyə həvəsli olmaq
  • ​Yeni iş mühitinə və kollektivə tez uyğunlaşaraq komandanın bir hissəsi olmaq bacarığı
  • ​Liderlik, təşkilatçılıq və komandanı motivasiya etmək qabiliyyəti
  • ​Səbirli, emosional cəhətdən sabit və stresə davamlı olmaq

​Əsas vəzifə öhdəlikləri:

  • ​Bağçanın tədris proqramının və metodiki vəsaitlərinin hazırlanması, təkmilləşdirilməsi və tətbiqinə nəzarət edilməsi
  • ​Tərbiyəçi-müəllimlərin pedaqoji fəaliyyətinin əlaqələndirilməsi, metodiki köməkliyin göstərilməsi və dərslərin keyfiyyətinin monitorinqi
  • ​Müasir təlim metodlarının və innovativ yanaşmaların tədris prosesinə inteqrasiya olunması
  • ​Pedaqoji heyətin peşəkar inkişafı üçün təlimlərin, seminarların və açıq dərslərin təşkil edilməsi
  • ​Tədris planlarının, illik və aylıq proqramların düzgün qorunması və icrasına nəzarət
  • ​Valideynlərlə mütəmadi ünsiyyətdə olmaq, tədris proqramı və uşaqların inkişaf dinamikası barədə onları məlumatlandırmaq
  • İl ərzində bağçada keçirilən bayramları təşkil etmək
  • ​Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək

​​​​​​​​​​​​​​​İş şərtləri:

  • ​İş vaxtı: 09:00 – 18:00
  • ​İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları qeyri-iş günləridir)
  • ​Əmək haqqı: 1000 AZN - 1400 AZN

​Məlumatlandırıcı qeydlər:

  • ​Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • ​CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur
  • ​CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin
  • ​Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • ​İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur
  • ​İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

​Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Metodist” qeyd etmələri xahiş olunur.

Похожие вакансии

Смотреть все