AAC MMC Mexanik
О должности
Namizədə tələblər:
Təhsil: Ali texniki
Aidiyyatı sahədə 3 ildən artıq iş təcrübəsi
Kompyuter bilikləri
Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
Analitik düşünmə qabiliyyəti;
İş yerinin şərtləri:
Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
Əmək haqqı 950-1000 azn
İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km.
Iş rejimi - növbəli iş qrafiki və 5 günlük
Vəzifə öhdəlikləri
Əsas və yardımçı avadanlığının, yükqaldıran maşın və mexanizmlərini sökmək, təmir etmək və yığmaq
Sadə mexanikləşdirmənin köməyi ilə hissələrin və birləşmələrin yerini dəyişdirdikdə, onları yığdıqda və sökdükdə takelaj işlərinin yerinə yetirmək
Avadanlığının ayrı-ayrı birləşmələrinin (qovşaqlarının) və hissələrinin, armaturların zədələnməsinin aşkar etmək, yeyilmənin səbəbi və dərəcəsini təyin etmək;
Avadanlığın, qaz balonlarının daşınma və saxlanma qaydalarına riayət olunması və onların tam təhlükəsiz istismar olunmasını təmin edir
Bütün avadanlıqların qəzasız və etibarı işini, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirir.
Yeni avadanlığın quraşdırılması, ağır və həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqi üzrə işlərin görülməsində iştirak edir.
Mürəkkəb və sadə quruluşlu avadanlıqların quraşdırılması, sökülməsi, sınanması, tənzimlənməsi,sazlanması və təmirdən sonra təhvil verilməsini həyata keçirir .
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət etməlidir.
Əsas və yardımçı avadanlığının, yükqaldıran maşın və mexanizmlərini sökmək, təmir etmək və yığmaq
Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.

AAC is the first company in Azerbaijan producing cellular aerocrete blocks at a high technology and on the original equipment of German company "Wehrhahn". The aerocrete products are manufactured…