BMB Baku Marriott Boulevard HotelBaku Marriott Boulevard Hotel

Mexanik

Bakı Опубликовано 3 ч. назад Источник
Полная занятость Инжиниринг
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Təsvir

·   Bütün texniki ərazilər, kommutasiya otaqları, mətbəxlər, camaşırxana və əlaqəli ərazilər, ictimai ərazilər və qonaq otaqları daxil olmaqla, bütövlükdə bina və ətraf ərazilər üçün mühəndislik xidməti / əməliyyatlar, habelə texniki xidmət fəaliyyətlərini dəstəkləmək.

·        Xüsusi layihələr və ya mebel, avadanlıqlar və qurğular ilə bağlı təşəbbüslərə yardım etmək

·        Tələb olunduqda, digər iş növbələrində işləmək.

·        Profilaktik texniki xidmət proqramları və binaya avtomatik nəzarət sistemlərinin işlənib hazırlanmasına kömək etmək.

·        Mütəmadi olaraq əməliyyatlar və texniki xidmətlərin təkmilləşdirilməsinə dəstək vermək.

·        Bütün işçilərin rifahı və texniki təhlükəsizliyi kimi məsələlərlə fəal şəkildə məşğul olmaq.

·        Həyat fəaliyyətinin texniki təhlükəsizliyi, əməyin peşəkar gigiyenası və texniki təhlükəsizliklə bağlı qüvvədə olan qanunlardan xəbərdar olmaq.

·        Tələb olunduqda, liftdə qəza hadisələrinə dair təhlükəsizlik prosedurlarını həyata keçirmək.

·        Həyat fəaliyyətinin texniki təhlükəsizliyi və yanğından mühafizə avadanlıqlarının müntəzəm yoxlanılması və sınaqdan keçirilməsi ilə bağlı planlı tədbirlərə kömək etmək.

·        Müvafiq elektrik əlcəkləri, dəbilqələr, çəkmələr və təhlükəsiz nərdivanlardan istifadə etməklə, təhlükəsiz iş mühitini təmin etmək üçün bütün qabaqlayıcı tədbirləri görmək.

·        Müvafiq iş üçün müvafiq alətlərdən istifadə edin. Boru açarından çəkic kimi, yivaçandan qələm (rus. “zubilo”) kimi, aralanan qayka açarından adi qayka açarı kimi istifadə etməyin.

·        İşçilərin eyni zamanda bir neçə vəzifənin öhdəsindən qənaətbəxş səviyyədə gəlməsinə nail olmaq üçün, bütün işçilərin “qarşılıqlı təlim” yolu ilə peşəkarlıq və səriştəlilik əldə etməsi tələb olunur; bu isə öz növbəsində qanunla müəyyən edilmiş qaydalar yol verdikdə, hər bir peşə üçün spesifik sayılan öhdəlikləri minimuma endirəcək. 

·        Peyk qəbulediciləri, TV, qapalı müşahidə sistemi (CCTV) və audiovizual qurğular, telefon yarımstansiyası (PABX), peycinq, radio və interkom sistemləri, bina ilə əlaqəli yanğından mühafizə və xəbərdarlıq sistemləri daxil olmaqla, (lakin bunlarla məhdudlaşmamaq şərti ilə) bütün elektron nəzarət və kommunikasiya avadanlıqlarının təmir və texniki xidmət işlərində iştirak etmək.

·        Mühəndislik şöbəsinin direktor müavini tərəfindən təyin edilən bütün digər öhdəlikləri / vəzifələri icra etmək.


·        Qeydiyyat jurnallarında qeyd edildiyi kimi və ya digər formada tələb olunduqda, bütün hava kondisionerləri və soyuducu avadanlıqların təzyiq, temperatur, amper və digər tələb edilən göstəricilərini qeydə almaq.

·        Soyuducu kameralar və dondurucular, buz aqreqatları, soyuducu aparatları qeyd edildiyi kimi təmizləmək və xidmət göstərmək.

·        Bütün hava kondisionerləri və soyuducuları, eləcə də əlaqəli avadanlıqları təmir etmək və əsaslı şəkildə yoxlamaq.

·        Bütün mətbəx və bar avadanlıqlarını təmir etmək və texniki xidmət göstərmək.

·        Hava kondisioneri ilə təchiz edilmiş bütün ərazilər, soyuducu kameralar və dondurma otaqlarının optimal effektivliklə işləməsini və istilik mübadiləsi səthlərinin təmiz olmasını təmin etmək.

·        Qabyuyan və stəkan yuyan maşınlar, qaz plitələri və sobalar, frityür qabları, buxar qabları daxil olmaqla (lakin bunlarla məhdudlaşmamaq şərti ilə) müvafiq qurğular ilə bağlı təyin edilə bilən digər əlaqədar vəzifələri icra etmək.

·        Mühəndislik şöbəsinin direktorunun köməkçisi tərəfindən təyin edilən bütün digər öhdəlikləri / vəzifələri icra etmək.

·        Öz bacarıqlarını artırmaq üçün elektronika və elektrik üzrə mühəndislər ilə qarşılıqlı təlim keçmək.

·        Hər iş növbəsi ərzində elektrik lampaları, lüminessent lampalarını çıxarmaq və müvafiq voltaj və vatta malik lampalar ilə əvəz etmək.

·        Tələb olunduqda, elektrik qurğuları, kabel / məftil sistemləri kanallarını və s. təmir etmək və quraşdırmaq.

·        İdarəetmə panelləri, nəzarət şəbəkələrini yoxlamaq və texniki xidmət göstərmək, bütün əsas və köməkçi panellər, nəzarət şəbəkəsinin kabelləri, ayırıcılar, elektromaqnit işəsalma qurğuları, cərəyan yüklənmə cihazları, taymerlər və s. qurğulara müəyyən edildiyi qaydada müntəzəm profilaktik xidmət həyata keçirmək.

·   Nasoslar, kompressorlar, ventilyatorlar, pnevmatik sistemlər, paltaryuyan maşınlar, paltarqurudan maşınlar, quru kimyəvi təmizləmə, presləmə-ütüləmə və bükmə maşınları kimi camaşırxana avadanlıqları daxil olmaqla (lakin bunlarla məhdudlaşmamaq şərti ilə) otelin maşın və avadanlıqlarına texniki xidmət, quraşdırma, təmir və əsaslı yoxlanılma kimi xidmətləri həyata keçirmək.

·   Su qızdırıcıları və buxar generatorları, o cümlədən nasoslar, boylerlər, buxar generatorları və onların alışqanları (forsunkaları), təmizləyici qurğular, radiatorlar, buxar separatorları, tənzimləyici klapanlar, habelə bütün istilik, ventilyasiya, hava kondisionerləri (HVAC) kimi qurğuların istismar və texniki xidmət işlərində iştirak etmək.

·   Tozsoran, süpürgə, döşəmə ərsinləri və s. məişət avadanlıqlarının lazımi vəziyyətdə saxlanılması və servisi.

·   Öz bacarıqlarının artırılması üçün elektronika, soyuducular və elektrik avadanlıqları üzrə mühəndislər ilə qarşılıqlı təlim keçmək.


Tələblər

  • Müvafiq sahə üzrə iş təcrübəsi (Otel sahəsində təcrübəsi olanlara üstünlük verilir) ;
  • Texnik və mexanik mühəndisliyi üzrə texniki-peşə təhsili ;
  • Mexaniki qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər.


BMB Baku Marriott Boulevard Hotel
Baku Marriott Boulevard Hotel

Welcome to Baku Marriott Hotel Boulevard, your premier family-friendly seaside retreat located in the heart of Baku's White City district. ​Our Baku hotel is 5-star, offering all the luxury amenities…

Похожие вакансии

Смотреть все
Откликнуться