Redmark Agency Middle Videographer / Videoqraf
О должности
🎬 Redmark Agency komandasına Videoqraf axtarırıq!
Redmark Agency olaraq kreativ komandamızı gücləndirmək üçün istedadlı və yaradıcı bir Videoqraf axtarırıq. Əgər kamera arxasında hekayə danışmağı sevirsənsə və hər kadrda fərq yaratmaq istəyirsənsə — səni komandamızda görmək istəyirik!
Vəzifə öhdəlikləri:
Müştəri layihələri üçün video çəkilişlərin icrası;
Reklam çarxları, sosial media kontenti (Reels, TikTok, YouTube) və brend videolarının çəkilişi;
İşıq, səs və kamera avadanlıqlarının peşəkar istifadəsi;
Tələblər:
- Videoqrafiya sahəsində minimum 1-2 illik təcrübə;
- Peşəkar kamera və işıq avadanlıqları ilə işləmə bacarığı;
- Komanda ilə işləmə və vaxt idarəetmə bacarığı;
- Video montaj bilikləri (Adobe Premiere Pro, CapCut);
- Minimum Sony A7 III və digər çəkiliş avadanlıqlarının olması
- Portfolio mütləqdir.
Üstünlük sayılacaq
- Tibb/sağlamlıq sektoru ilə iş təcrübəsi
- Maşının olması
Nə təklif edirik
- Rüblük KPİ bonusu
- Qurulmuş proseslər və hesabat sistemləri — sıfırdan xaos yox, sistemli mühit
- Peşəkar inkişaf və rəqbətli əmək haqqı
- Güclü komanda mədəniyyəti — mütəmadi team building, birgə tədbirlər və dəstəkləyici iş mühiti
📩 Müraciət üçün - Portfolio və CV-nizi "Middle Videoqraf" [email protected] ünvanına göndərə bilərsiniz.
📍 İş qrafiki: Həftə ii 5 gün 10:00-19:00 / Hibrid iş rejimi
