Model Risklərinin və Təşkilati Risklərinin İdarəolunması üzrə baş mütəxəssis
- Категория
- Финансы
О должности
PAŞA Sığorta ASC namizədləri Model Risklərinin və Təşkilati Risklərinin İdarəolunması üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə şirkətin model və təşkilati risklərinin effektiv idarə olunmasına, risk mədəniyyətinin inkişaf etdirilməsinə, daxili normativ sənədlərin hazırlanmasına və risklərin qiymətləndirilməsi, monitorinqi və hesabatlılığının təmin edilməsinə cavabdehdir. Rəhbərliyə və komitələrə risk hesabatlarının hazırlanması, risk limitlərinin təyin olunmasında iştirak və risk sağlamlıq indeksinin idarə edilməsi bu rola daxildir.
Öhdəliklər
- Təşkilat üzrə risk mədəniyyətinin ölçülməsi, inkişaf etdirilməsi, maarifləndirmə və təlimlərin keçirilməsi;
- Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması və onların yerinə yetirilməsi üçün nəzarətin qurulması;
- Şirkət üzrə risklərin müəyyənləşdirilməsi, ehtimal və təsir baxımından qiymətləndirilməsi, mütəmadi yenilənməsi prosesinin koordinasiya edilməsi;
- Risk İştahası Çərçivəsi (RAS) və Əsas risk indikatorlarının (KRI) üzrə limitlərin təyin edilməsi prosesində iştirak və aidiyyatı üzrə koordinasiyanın təmin edilməsi;
- İdarə Heyəti və Risk Komitəsi üçün risk hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Təsdiq edilmiş risk limitlərinə riayət olunmasına nəzarət və limit istifadəsi üzrə təhlillərin aparılması;
- RCSA prosesinin aparılması və dəstək göstərilməsi;
- Risk sağlamlıq indeksinin idarə edilməsi və indeksin yüksəldilməsi üzrə zəruri işlərin görülməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.
Bilik və Bacarıqlar
- Mürəkkəb məlumatları şərh etmək və analiz etmək bacarığı;
- Risklərin ilkin qiymətləndirilməsi bacarığı;
- Dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Güclü analitik bacarıq;
- Məlumatların analizində Excel-dən effektiv istifadə;
- PowerPoint-dən effektiv istifadə;
- Etik davranış və məxfilik prinsiplərinə riayət;
- Problemlərin həllinə yönümlülük;
- Əməkdaşlıq və keyfiyyət yönümlülük;
- Öyrənməyə açıqlıq və çeviklik;
- Emosional stabillik və məsuliyyətli olmaq;
- Stressə davamlılıq;
- Dil bilikləri: Azərbaycan dili — səlis, İngilis dili — yaxşı səviyyədə, Rus dili bilikləri arzuolunandır.
Təhsil və Təcrübə
- Tam ali təhsil - İqtisadiyyat, Maliyyə, Statistika, Riyaziyyat və ya oxşar sahələr üzrə;
- 3 ildən artıq müvafiq sahədə iş təcrübəsi;
- FRM, PRM sertifikatların olması üstünlükdür.
Bizim Təklifimiz
- Peşəkar və dinamik komandada işləmək imkanı;
- Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar;
- Şirkətin inkişafında real təsir imkanı;
- Şəffaf və açıq korporativ mədəniyyət;
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.