GESCO Mühafizəçi
О должности
GESCO ASC-dən vakansiya: Mühafizəçi tələb olunur
Vəzifə öhdəlikləri:
– Obyektin təhlükəsizliyini təmin etmək;
– Giriş-çıxışa nəzarət etmək;
– Növbə zamanı ərazini müşahidə etmək;
– Təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
– Fövqəladə hallarda operativ tədbirlər görmək və rəhbərliyi məlumatlandırmaq.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Vacib deyil
İş şərtləri:
– İş qrafiki: Növbəli iş rejimi
– İş vaxtı: Vakansiya üzrə iş rejimi növbəlidir və istirahət vaxtı qrafikə uyğun şəkildə tənzimlənir
– İş yeri: Bakı, Sumqayıt, Qaradağ rayonu
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 550-650 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühafizəçi” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
