Huner Group Mühafizəçi
О должности
Hünər Qüllə MTK-dən vakansiya: Mühafizəçi tələb olunur
Vəzifə öhdəlikləri:
– Yaşayış binalarının giriş-çıxışına nəzarət etmək
– Binalara daxil olan və çıxan şəxslərin, eləcə də nəqliyyat vasitələrinin nəzarətdə saxlanılmasını təmin etmək
– Şübhəli halları və qanunsuz hərəkətləri vaxtında aşkar edərək rəhbərliyə məlumat vermək
– Ərazidə ictimai asayişin qorunmasını təmin etmək
– Yanğın təhlükəsizliyi və fövqəladə hallar zamanı ilkin tədbirlər görmək
– Kamera müşahidə sistemlərinə (mövcud olduğu halda) nəzarət etmək
– Sakinlərin və qonaqların təhlükəsizliyi ilə bağlı müraciətlərə operativ reaksiya vermək
– İş vaxtı daxili nizam-intizam qaydalarına riayət etmək
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: İş təcrübəsi arzuolunandır, lakin məcburi deyil
– Yaş həddi: 20–35 arası namizədlər
– Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq
– Fiziki cəhətdən sağlam olmaq
– Növbəli iş qrafiki ilə işləmək imkanı
– Azərbaycan dilini sərbəst bilmək (şifahi ünsiyyət səviyyəsində), rus dilini bilmək arzuolunandır
İş şərtləri:
– İş qrafiki: Növbəli
– Gündüz növbəsində naharın şirkət tərəfindən təmin edilməsi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühafizəçi” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
