CO
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- Финансы
О должности
Tələblər:
- Mühasibatlıq və ya əlaqəli sahədə ali təhsil ;
- Microsoft Office (xüsusilə MS Excel), 1c 8.3, proqramı ilə sərbəst şəkildə işləmək bacarığı;
- Azərbaycan Respublikası Vergi Məcəlləsini bilməli;
- Mühasib vəzifəsində min 1 il staj
Vəzifə öhdəlikləri:
- Əməliyyatçı -mühasib iş planının, ilkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqində, daxili mühasibat hesabatı sənədlərinin formalarının işlənib hazırlanmasında iştirak etmək.
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat ucotu registrlərində) düzgün əks etdirilməsində iştirak etmək, operativ məlumatları təqdim etmək, mühasibat (maliyyə) hesabatlarını müəyyən edilmiş müddətlərdə tərtib etmək.
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunun aparılmasında, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasında, iş və xidmətlərin yerinə yetirilməsində iştirak etmək.
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu aparmaq.
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq.
- Təşkilatın fəaliyyaət sahəsinə uyğun əməliyyatların mühasibatlıq proqramlarında (1c proqramında) düzgünlüyünü əks etdirmək.
- Debitorların müəssisə və müştəri arasında bağlanan müqavilə,ödəniş cədvəli əsasında borclandırılmasını mühasibatlıq proqramında əks etdirib uçotunu təmin etmək.
- Gündəlik əməliyyatların təsdiqedici sənədləri əsasında sənədləşmə dövriyyəsini təmin etmək.
- Kassa əməliyyatlarının uçotunun mühasibat registrlərdə təmin etmək
Təklif Edirik:
- Rəqabətədavamlı əmək haqqı;
- Dostluq və professional komandada işləmə imkanı;
- Karyera inkişafı və peşəkar təkmilləşmə imkanları;
- İş yeri ilə bağlırahat şərait.
İş şəraiti
- İş növü: Tam iş günü (Full-time)
- Əmək haqqı: Razılaşma yolu ilə
- İş qrafiki: 5 günlük; saat 09:00-18:00
- Nahar müəssisə tərəfindən təmin olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiya əvvəl də yerləşdirilib:
- 17 iyun 2026 (bu elan) · jobsearch.az
- 8 iyun 2026 · jobsearch.az