C
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- Финансы
О должности
CibPay MMC müasir ödəniş həlləri və fintech xidmətləri təqdim edən innovativ ödəniş təşkilatıdır. Komandamıza peşəkar, məsuliyyətli və inkişaf yönümlü “Mühasib” axtarırıq.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə uyğun aparılması;
- Gündəlik maliyyə əməliyyatlarının uçotunun həyata keçirilməsi;
- Bank hesabları üzrə əməliyyatların uçotu və üzləşdirilməsi;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər ilkin sənədlərin işlənməsi;
- Vergi, DSMF, statistika və digər dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasında iştirak;
- Debitor və kreditor borclarının uçotunun aparılması və nəzarətdə saxlanılması;
- Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanmasında iştirak;
- Mühasibat sənədlərinin arxivləşdirilməsi və düzgün saxlanılmasının təmin edilməsi;
- Audit və yoxlama prosesləri zamanı tələb olunan məlumatların hazırlanması.
Tələblər:
- Maliyyə, mühasibat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
- Ödəniş təşkilatı, fintech, bank və ya maliyyə sektorunda təcrübəyə üstünlük verilir;
- 1C proqramında işləmək bacarığı;
- Vergi və əmək qanunvericiliyi üzrə baza biliklər;
- MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
- Komandada işləmək və ünsiyyət bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Xətai Plaza;
- İş qrafiki: 5 günlük iş rejimi;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.