GS
- Категория
- Финансы
О должности
Əsas vəzifə və öhdəliklər:
- Gündəlik maliyyə və mühasibat əməliyyatlarını 1C və ya digər uçot proqramlarında qeyd etmək;
- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
- Pul vəsaitlərinin və digər vəsaitlərin qəbulu, qorunub saxlanılmasını təmin edən qaydalara riayət olunması, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatların yerinə yetirilməsi;
- Ödənişlərin təsdiq olunması üçün onların müvafiq müəssisə daxili mühasibatlıq proqramında qeydiyyatının aparılması;
- Nağd vəsait və ödəniş qəbzlərinin qəbul edilməsi;
- Hesablaşma hesabında əməliyyatların aparılması, ödəniş tapşırığının yazılması, bank çıxarışlarının qeydiyyatının aparılması
- Hazır məhsul satışının uçotunun aparılması;
- Sifarişçilər tərəfindən edilmiş ödənişlərin qeydiyyatının aparılması və müştərilərlə əlaqədar məlumatları yenilənməsi;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak və onlar üzrə müvafiq aktların rəsmiləşdiriliməsi;
- Hesab-fakturaların və qaimə-fakturaların hazırlanması və icrası;
- Debitor və kreditorların üzləşdirilməsi;
- Yaşlanma cədvəli (kreditorlar və debitorlar üzrə);
- Fəaliyyət sferası çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil.
- Tikinti materiallarının istehsalı və satışı sektorunda minimum 3 illik satış təcrübəsi.
- MS Office və 1C ERP (Günəş) proqramlarında işləmək bacarığı.
- Rəqəmlərlə işləmə bacarığı və analitik düşüncə
- PMS, (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı arzuolunandır
İş şəraiti:
- 5 günlük iş qrafiki: saat 09:00-18:00;
- Əmək haqqı: 1000-1400 azn (işçinin təcrübə və biliyindən asılı olacaq);
- İş yerinin ünvanı: Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolu 15-ci km. (İş yerinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək)
Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün baş ofisə dəvət ediləcək.
Uyğun namizədlərdən CV-lərini “Mühasib” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.