AR
Agro-West Retail

Mühasib Köməkçisi

Опубликовано 15 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Категория
Финансы

О должности

Agro-West Retail MMC komandamıza retail sahəsinin dinamikasına uyğunlaşacaq, diqqətli və məsuliyyətli Mühasib köməkçisi axtarırıq.

Tələblər:

  • Mühasibatlıq sahəsində ilkin iş təcrübəsi və ya güclü nəzəri biliklər (retail/market sahəsində təcrübə arzuolunandır);
  • 1C proqramı (8.3 versiyası) və MS Excel ilə baza və ya orta səviyyədə işləmək bacarığı;
  • İlkin mühasibat sənədləri və vergi qanunvericiliyi barədə ümumi anlayış;
  • Rəqəmlərlə işləmək həvəsi, yüksək diqqətlilik, məsuliyyətlilik və analitik düşünmə.

Vəzifə öhdəlikləri:

  • Tədarükçülərdən daxil olan qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının (EVHF) və digər ilkin sənədlərin mütəmadi yoxlanılması;
  • Qaimələrin anbardan gələn faktiki məhsul hesabatları ilə üzləşdirilməsi və 1C proqramına düzgün daxil edilməsi;
  • Gündəlik sadə mühasibat əməliyyatlarının aparılmasında baş mühasibə köməklik göstərilməsi;
  • Debitor və kreditor borclarının izlənməsi, tədarükçülərlə üzləşmə aktlarının hazırlanması.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük (09:00 – 18:00)
  • Əmək haqqı: 600 AZN
  • Nahar: Şirkət tərəfindən təmin olunur

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Mühasib köməkçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Похожие вакансии

: