KH
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- Финансы
О должности
Təsvir
- İşçilərin aylıq əmək haqqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
- Məzuniyyət haqqlarının, xəstəlik vərəqəsi üzrə müavinətlərin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənilməsi;
- İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı məsələlərin həll edilməsi;
- Muzdlu işlə əlaqədar vahid vergi bəyannaməsinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi;
- E-qaimələrin, təhvil-qəbul aktlarının və hesab-fakturaların tərtib edilməsi və təqdim edilməsi;
- Debitorlarla hesablaşmaların aparılması və ödənişlərin ödəniş cədvəlinə (payment plan) uyğun vaxtında icrasına nəzarət edilməsi;
- Əməliyyatların 1C uçot proqramında vaxtında və dəqiq əks etdirilməsi;
- Əmək haqqı ödənişləri və debitor borcları üzrə dövrü hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Vəzifə səlahiyyətləri çərçivəsində rəhbərliyin operativ tapşırıqlarının yerinə yetirilməsi;
Tələblər
- Ali iqtisadi / maliyyə / mühasibat təhsili (bakalavr və ya magistr)
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- 1C 8.3 uçot proqrami ilə işləmə bacarığı
- MS Office proqramlarında işləmə bacarığı (Xüsusi ilə excell biliyi)
- Azərbaycan Respublikasının vergi qanunvericiliyi və mühasibat standartları üzrə biliklər
- Rus və İngilis dili üstünlükdür
- ACCA sertfikatları üstünlükdür
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
- Əmək haqqı: 1127 AZN (GROSS)