Mühasib-Operator
Опубликовано 21 ч. назад Источник ↗
Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vəzifə haqqında
- ABV komandamıza məsuliyyətli, dəqiq və analitik düşüncə tərzinə malik Mühasib-Operator axtarırıq. Bu vəzifə müəssisədə maliyyə və təsərrüfat əməliyyatlarının düzgün uçotunun aparılması, ilkin mühasibat sənədlərinin hazırlanması və müştərilərlə hesablaşmaların operativ idarə edilməsinə cavabdehdir.
Əsas vəzifə öhdəlikləri
- Müəssisədə həyata keçirilən təsərrüfat əməliyyatlarının mühasibat uçotunda vaxtında və düzgün əks etdirilməsini təmin etmək;
- İlkin mühasibat sənədlərini (e-qaimə, hesab-faktura, təhvil-təslim aktı və s.) hazırlamaq, yoxlamaq və qeydiyyata almaq;
- Elektron qaimə-fakturaları tərtib etmək, göndərmək və uçotunu aparmaq;
- Müştəri və təchizatçılar üzrə qarşılıqlı hesablaşmaları aparmaq, üzləşmələri həyata keçirmək və üzləşmə aktlarını hazırlamaq;
- Debitor və kreditor borclarının uçotunu aparmaq, məlumatların düzgünlüyünü və aktuallığını təmin etmək;
- Mühasibat sənədlərini toplamaq, sistemləşdirmək və arxivləşdirmək;
- Rəhbərlik tərəfindən tələb olunan maliyyə və əməliyyat hesabatlarının hazırlanmasına dəstək göstərmək;
- Mühasibat uçotu, vergi və əmək qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərmək;
- Birbaşa rəhbərin verdiyi digər xidməti tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili;
- Mühasibatlıq sahəsində ən azı 1 il iş təcrübəsi;
- 1C proqramı ilə işləmək bacarığı;
- E-Taxes (e-taxes.gov.az) portalı ilə işləmək bacarığı;
- Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
- Analitik düşünmə, diqqətlilik və yüksək məsuliyyət hissi;
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.
Biz təklif edirik
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- 5 günlük iş rejimi: 09:00–18:00
- Peşəkar və dinamik komandada çalışma imkanı;
- Karyera və peşəkar inkişaf perspektivi;
- Stabil əməkhaqqı və motivasiya sistemi;
- Korporativ təlim və inkişaf imkanları.
CV-nizi mövzu hissəsində "Mühasib-Operator" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
ABV
İnformasiya və kommunikasiya
Araznet ”MMC" mənsub olduğu fəaliyyət sahəsində Azərbaycan bazarında qabaqcıl şirkətlərdən biridir. Araznet ”MMC" 01.08.2014 tarixindən fəaliyyətə başlamışdır. Şirkətin fəaliyyətində əsas istiqamət…