Bakı Metropoliteni Mühəndis
Режим работы Полная занятость Опыт 3–5 лет Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Müxtəlif təyinatlı bina və qurğuların elektrik quraşdırma işlərinin layihələndirilməsi;
- Elektrik enerjisi istehsal edən qurğuların, yarımstansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemlərinin hazırlanması;
- Layihələrin istehsal, tikinti və quraşdırma standartlarına uyğun tərtib edilməsi;
- Layihələndirmə üçün ilkin məlumatların hazırlanması və texniki tapşırıqların tərtibi;
- Layihələrin təqvim planlamasının aparılması;
- Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırılması prosesində iştirak.
Xüsusi tələblər
- Ali təhsil (Elektroenergetika və ya ona oxşar ixtisaslar üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə bacarığı;
- AutoCAD proqram biliyi;
- Diqqətli, məsuliyyətli, təşəbbüskar olmaq, detallara həssas yanaşmaq;
- Stressə davamlılıq və vaxtın effektiv idarə olunması bacarığı;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dili üstünlükdür.
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- “Metropolitan Apartments” və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Müraciət üçün
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə ( https://lnkd.in/d5_Mequ5 ) müraciətinizi tamamlaya bilərsiniz.
Müraciət üçün son tarix: 10 iyul 2026-cı il Müraciət etmək üçün: [email protected]

Bakı Metropoliteni