DRİ Dövlət Radiotezliklər İdarəsiDövlət Radiotezliklər İdarəsi

Mühəndis

Naxçıvan Опубликовано 2 ч. назад Источник
Полная занятость Инжиниринг
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Təsvir

  • Xidməti ərazilər üzrə radiorabitə, televiziya, radio yayımları və digər şəbəkələrin fəaliyyətinə təlimat və iş planına uyğun olaraq radionəzarət işlərini vaxtında və düzgün icra etmək;
  • Radiotezlik ayrılması zamanı elektromaqnit uzlaşmasının təmin edilməsi məqsədilə müvafiq ölçmələri, radiomonitorinq işlərini və efir məkanında küy səviyyəsinin ölçülməsini həyata keçirmək;
  • Naxçıvan Muxtar Respublikasının ərazisində istismar olunan radiomonitorinq stansiyalarının texniki vəziyyətinə mütəmadi baxış keçirmək, onların saz və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə zərurət yarandıqda profilaktik texniki xidmət göstərmək, aşkar edilmiş nasazlıqların aradan qaldırılmasını təşkil etmək və istismar prosesinə davamlı nəzarəti həyata keçirmək;
  • İcazəsiz istifadə olunan radiotezliklərin və kənar yayımların müəyyən edilməsi məqsədilə stasionar və səyyar radiomonitorinq işlərini aparmaq, nəticələr barədə məlumatlar hazırlamaq.
  • Mülki məqsədlər üçün istifadə edilən radioelektron vasitələrinə (REV) vizual və texniki baxışlar keçirmək, onların icazə şərtlərinə (icazə vərəqələrinə) uyğunluğunu yoxlamaq;
  • İdarə və müəssisələrdə keçirilən texniki baxışların nəticələrinə uyğun olaraq müvafiq aktlar tərtib etmək, qeyd olunan göstərişlərin icrasına nəzarət etmək və REV-lərin möhürlənmə/möhüraçma işlərini icra etmək;
  • İcazəsiz istismar olunan REV-lərin aşkarlanması, uçotunun aparılması və qeydiyyata alınmış istifadəçilərə dair məlumatların mütəmadi olaraq əsas məlumat bazasında yenilənməsini təmin etmək;
  • Xidməti ərazidə radiomaneə mənbələrinin yerini təyin etmək, akt tərtib etməklə maneə təsirinin aradan qaldırılması tədbirlərini görmək;
  • Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından və müəssisələrdən daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
  • Təhkim olunmuş avadanlıqların və nəzarət-ölçü cihazlarının istismara yararlılığını və qorunmasını təmin etmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət etmək.

Tələblər

  • Telekommunikasiya, Radiotexnika, Elektrik/Elektronika mühəndisliyi və ya digər əlaqəli texniki ixtisaslar üzrə ali ixtisas təhsili;
  • Müvafiq sahə (radiotexnika, telekommunikasiya, şəbəkə inzibatçılığı və ya radiomonitorinq) üzrə minimum 2 il iş təcrübəsi;
  • Kompüter proqramlarından, xüsusilə “Microsoft Office” proqramlarından istifadə bacarığı;
  • Analitik düşüncə, məsuliyyətlilik və dəqiqlik;
  • Operativ qərarvermə və nəticəyönümlülük;
  • Texniki məlumatları təhlil etmək, ölçmə nəticələrini sistemləşdirmək, akt, arayış və hesabatlar hazırlamaq bacarığı;
  • Texniki problemləri həll etmə bacarığı;
  • “B” kateqoriyalı sürücülük vəsiqəsinin olması.
DRİ Dövlət Radiotezliklər İdarəsi
Dövlət Radiotezliklər İdarəsi

Похожие вакансии

Смотреть все
Откликнуться