DQP
Dövlət qurumu, Publik Hüquqi Şəxs

Mühəndis-mexanik

Опубликовано 15 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
₼1,300+
Откликнуться
Категория
Инжиниринг

О должности

İş şəraiti

  • Şöbə: Səngəçal filialı
  • İş yeri: Səngəçal qəsəbəsi (Nahar qurum tərəfindən təmin olunur)
  • İş yerinə çatdırılma:  Qurum tərəfindən təmin olunur (20 yanvar m/s)
  • Əmək haqqı: 1300 AZN
  • İş şəraiti: Standart- ofis
  • İş rejimi: 5 günlük 09:00-18:00

Namizədə tələblər:

  • Təhsil:  Ali təhsil (Mexanika mühəndisliyi və ya oxşar texniki ixtisaslar üzrə);
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il təcrübə;
  • Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
  • Kompüter bacarığı: MS Office-yaxşı, AutoCAD, Solidworks yaxşı səviyyədə.

Digər tələblər:

  • Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Komandada işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • Filialda görülən mexaniki işlərə nəzarət etmək;
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
  • İllik texniki xidmət planına uyğun olaraq planlı təmirini təşkil etmək;
  • İşçilərin işlərini müəyyənləşdirilmiş plan üzrə bölmək;
  • Yeni avadanlıqların qəbul edilməsində və quraşdırılmasında iştirak etmək;
  • Zəruri texniki sənədlərin hazırlanmasında iştirak etmək;
  • Sınaq və təcrübələrin keçirilməsində və alınmış nəticələrin emalının aparılmasında iştirak etmək;
  • İşdə müasir texniki vasitələrin istifadəsi üzrə təkliflər verməkə

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Mühəndis-mexanik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Похожие вакансии

: