KB
Ежемесячная зарплата
Зарплата по договорённости
О должности
Müştərilərlə operativ və peşəkar ünsiyyət quraraq onların müraciətlərinin qəbul edilməsi, qeydiyyata alınması və aidiyyəti üzrə yönləndirilməsi prosesində iştirak edəcək Müştəri Əlaqələri üzrə Təcrübəçi axtarırıq.
+ ' ' +- Ali təhsil;
- Müştəri yönümlü yanaşmaya və müraciətləri operativ şəkildə idarə etmək bacarığına;
- Azərbaycan dilini sərbəst, rus dilini isə yaxşı səviyyədə bilmək və effektiv ünsiyyət qurmaq bacarığına;
- Yeni məlumatları tez mənimsəmək və öyrənməyə açıq olmaq bacarığına;
- Komandada işləmək və əməkdaşlıq qurmaq bacarığına;
- Məsuliyyətli və diqqətli yanaşmaya sahib olmaq.
- Peşəkar komandada işləmək və təcrübə qazanmaq imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanı;
- Karyera inkişafı və şirkət daxilində yüksəlmək perspektivi;
- Dinamik və innovativ iş mühiti.
- Əlaqə Mərkəzinə təyin edilmiş əlaqə kanalları vasitəsilə daxil olan müraciətləri qəbul etmək və müştərilərin suallarını cavablandırmaq;
- Daxil olan müraciətin növünü (şikayət, istək, təklif, sorğu və s.) müəyyən etmək və sistemdə qeydiyyata almaq;
- Müraciətləri müəyyən edilmiş qaydalara uyğun araşdırmaq və aidiyyəti struktur bölmələrə yönləndirmək;
- Müraciətlər üzrə əldə olunan nəticələr barədə müştəriləri məlumatlandırmaq;
- Şirkətin məhsul və xidmətləri üzrə yenilikləri izləmək və müştərilərə düzgün məlumat təqdim etmək;
- Müştərilər tərəfindən ünvanlanan müraciətləri idarə etmək, onların qeydiyyata alınması və aidiyyəti üzrə yönləndirilməsi üçün müvafiq sistemlərdən istifadə etmək və nəzarət etmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.