AB ATB BankATB Bank

Naxçıvan filialında Kiçik və Orta Biznes Kreditlərinin satışı üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis

Naxçıvan Опубликовано 2 ч. назад Источник
Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
16 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Təsvir

  • Müştərilərlə effektiv əlaqə kanallarının qurulması və inkişaf etdirilməsi prosesində iştirak etmək;
  • Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketlərinin təqdim edilməsi, eləcə də ölkədə fəaliyyət göstərən müxtəlif biznes nümayəndələri ilə görüşlərin təşkili və keçirilməsi;
  • Kiçik və Orta Biznes kredit məhsulları üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasını təmin etmək;
  • Mövcud müştərilərdən "İnternet Bankçılıq", Çağrı Mərkəzi və digər kommunikasiya kanalları vasitəsilə daxil olan sorğuları qəbul etmək, araşdırmaq, cavablandırmaq, zərurət yarandıqda aidiyyəti struktur bölmələrə yönləndirmək və icrasına nəzarət etmək;
  • Bankın yeni məhsul və xidmətləri barədə Kiçik və Orta Biznes seqmentinə aid mövcud müştəriləri məlumatlandırmaq;
  • Azərbaycan Mərkəzi Bankı, dövlət qurumları və digər aidiyyəti təşkilatlardan daxil olan sorğuların müştərilər tərəfindən cavablandırılması prosesini koordinasiya etmək;
  • Satış üzrə Menecer tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək və bölmənin fəaliyyət istiqamətlərinə uyğun digər vəzifələri icra etmək.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (xarici dil biliyi üstünlük hesab olunur);
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Bank fəaliyyəti ilə bağlı qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlar üzrə biliklər;
  • Müştəriyönümlü yanaşmaya malik olmaq, satış bacarıqları nümayiş etdirmək və satış hədəflərinin icrasına meyilli olmaq.
Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
AB ATB Bank
ATB Bank

Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi…

Похожие вакансии

Смотреть все
Откликнуться