AT - Geotech MMC Nəqliyyat İstismar Nəzarətçisi-Daşkəsən, Kəlbəcər
О должности
Vəzifə Öhdəlikləri:
Sahədə istifadə olunan bütün nəqliyyat vasitələrinin (yük maşınları, xüsusi texnika, minik avtomobilləri və s.) işinə nəzarət etmək
Nəqliyyat vasitələrinin texniki vəziyyətini gündəlik və periodik olaraq yoxlamaq
Texniki baxış və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək
Yanacaq sərfiyyatına nəzarət etmək və müvafiq hesabatlar aparmaq
Rəhbərliyə gündəlik, həftəlik və aylıq hesabatlar təqdim etmək
Sahədə nəqliyyatla bağlı sənədləşməni düzgün aparmaq
Nəqliyyat vasitələrinin texniki saz vəziyyətdə saxlanılmasını təmin etmək
Nəqliyyatın təhlükəsiz və effektiv idarə olunmasına nəzarət etmək
Yanacaq və texniki materialların düzgün və qənaətli istifadəsini təmin etmək
Sürücülərin yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etmək
Nəqliyyatla bağlı hesabatların düzgünlüyünü təmin etmək
Qəza və intizam pozuntularının qarşısının alınması istiqamətində tədbirlər görmək
Tələblər:
Ali və ya orta ixtisas təhsili (Nəqliyyat, Mexanika və ya uyğun sahə üzrə)
Müvafiq sahə üzrə minimum 2–5 il iş təcrübəsi
Nəqliyyat vasitələrinin texniki quruluşunu bilmə
Komanda ilə işləmə və idarəetmə bacarığı
Ezamiyyətə getmək və sahə şəraitində işləmək imkanı
Məsuliyyətlilik və nizam-intizam
Əmək şəraiti:
İş yeri: Əsasən bölgələr (Daşkəsən, Kəlbəcər)
İş qrafiki: 6 günlük
Əmək haqqı: 1000-1200 Azn
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Geotechnical and Mining drilling. AT-Geotech the premier geotechnical company in Azerbaijan. Also provides soil lab testings, land surveying and ground geophysical surveys. Working with ISO, GOST and…