North West Nəqliyyat üzrə mütəxəssis (Bakı)
Опубликовано 17 ч. назад Источник ↗
Категория Логистика
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vəzifə öhdəlikləri:
- Ödəniş cədvəllərini yeniləmək (ödənişə aid bütün Excel cədvəlləri “up-to-date” saxlamaq)
- İmzalanmış aktların ERP sistemə daxil edilməsi üçün Baş Ofisə göndərilməsi (sənədlərin RO-ya göndərilməsi)
- Aktların ödənişə göndərilməsi
- Rəhbərliyin göstərişi ilə hesabatların hazırlanması
- Şirkət daxilində nəqliyyat işləri ilə əlaqədar məsələlərin həll olunması, sənədləşmənin düzgün təqib olunması və həyata keçirilməsi
- İstifadə olunan nəqliyyat vasitələrinin istismarı üzrə təlimatlara, dövlət yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət olunmasına nəzarət etmək
- Şirkətin siyasət, təlimat və xidməti standartlarına / qaydalarına riayət etmək
Tələblər:
- Təhsil: Ali (MBA, iqtisad, logistika, təchizat zəncirinin idarə olunması üzrə təhsil üstünlükdür);
- Nəqliyyat sahəsində minimum 1 il təcrübə
- Nəqliyyat vasitəsinin ehtiyat hissələri və təmiri barədə biliklərin olması üstünlükdür
- MS Office proqramlarında işləmə bacarığı
- Analitik düşünmə bacarığı
- Kollektivdə işləmə bacarığı
- Dəqiqlik, məsuliyyət, çalışqanlıq və ünsiyyət bacarığı
İş yeri: Bakı, STN Plaza biznes mərkəzi
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Nəqliyyat üzrə mütəxəssis" qeyd edərək [email protected] və ya [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
NW 

North West
Tikinti
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət…