Nəzarətçi
О должности
Vəzifə öhdəlikləri və iş barədə məlumat
Buraxılış nəzarət sisteminin həyata keçirilməsi
Müəssisə ərazisini nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək
Daxili təhlükəsizlik qaydalarına əmək olunmasına nəzarət etmək
Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək
Hadisələrə qarşı diqqətli davranmaq
Başverən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq
Ərazini vaxtaşırı gəzmək, vəzifələrin icrasını həyata keçirmək
Əraziyə gələn qonaqlarla etik normalar əsasında davranma, gülərüz münasibət göstərmək
Tapşırılan ərazidə yerləşən obyektləri daim nəzarətdə saxlamaq
Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbəni təlimata uyğun qaydada aparmaq
Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək
Obyekt daxilində müştəriyə yardımçı olmaq, lazım gəldiyi təqdirdə istiqamətləndirmə və məlumatlandırma işini görmək
Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək
Namizədə dair tələblər.
Yaş: 18-45
Cinsi: kişi
Boy: 170 və üzəri
Həqiqi hərbi xidmət arzuolunandır
Azərbaycan dilində sərbəst yazmaq, oxumaq və danışmaq
Çevik, diqqətli və doğru qərar vermə bacarığı
Məhkumluluğunun olmaması
Əlavə məlumat
Əməkhaqqı: 650-700 AZN
İş saatı: Növbəli iş qrafiki ilə təyin olunur
İş yeri: Bakı şəh., Yasamal ray., Həsən bəy Zərdabi prospekti.
CV-lərinizi [email protected] ünvanına, qeyd olunan mobil nömrənin Vatsap tətbiqinə "Nəzarətçi" başlığı ilə göndərməyiniz və ya xahiş olunur.Qeyd: Qeyd olunan nömrədən Vatsap tətbiqinə yalnız yazılı müraciətlər və iş saatında cavablandırılır.
2000-ci ildən fəaliyyətə başlayan “Melissa Group” şirkətlər qrupu inşaat sektorunda təqdim etdiyi innovativ layihələrinin texniki xüsusiyyətləri və vizual görünüşü ilə hər zaman diqqət mərkəzində…