Moka Land əyləncə mərkəzi Nəzarətçi (uşaq əyləncə mərkəzində baxıcı)
О должности
Moka Land uşaq əyləncə mərkəzi-dən vakansiya: Nəzarətçi tələb olunur
Vəzifə öhdəlikləri:
– Ərazini qonaq qəbuluna hazırlayır;
– Günün əvvəlində oyuncaqları təmizləyir, xüsusi məhlulla dezinfeksiya edir və səliqəli şəkildə düzür;
– Gün ərzində oyuncaqların təmizliyinə və səliqəsinə nəzarət edir;
– Qonaqları qarşılayır, onları oyun zalının qaydaları ilə tanış edir;
– Qonaqların oyun zalının qaydalarına riayət etməsinə nəzarət edir;
– Qonaqların oyuncaqlarla təhlükəsiz davranmasına nəzarət edir;
– İş yerində təmizliyə və nizam-intizam qaydalarına daim əməl edir;
– Qonaqların təhlükəsiz əyləncəsi üçün şərait yaradır;
– Qonaqların oyundan həzz ala bilməsinə şərait yaradır;
– Qonaqların bir-birinə mane olmamasına nəzarət edir.
Namizədlərə tələblər:
– Təhsil: Ali və ya orta-texniki təhsilli.(pedoqoji təhsil, uşaq baxçası müəlliminə üstünlük verilir)
– İş təcrübəsi: Vacib deyil
– Cins: Bəy və Xanım namizədlər
– Uşaqları və uşaqlarla işləməyi sevməli;
– Azərbaycan və rus dillərini sərbəst bilənlərə üstünlük veririk
– Stolüstü oyunları anlayan və oynamağı bacaran;
– Ünsiyyətcil, gülərüz, hər cür konfliktdən qaçan
– Problemli situasiyalardan çevik çıxmaq qabiliyyəti
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: Növbəli
– İş yeri: Xətai m/s yaxınlığı, “EVİMİZ” TM-nin ərazisi, Yasamal MİDA ərazisi, ZEFİR MALL
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 586 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Nəzarətçi” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
– Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
