G GlassicaGlassica

Növbətçi çilingər - Sumqayıt

Опубликовано 7 ч. назад Источник
Инжиниринг
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
20 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vəzifə öhdəlikləri:

  • Şüşə butulka istehsal xəttində quraşdırılmış avadanlıqların fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək;

  • İstehsalat zamanı yaranan mexaniki nasazlıqları operativ şəkildə aşkar etmək və aradan qaldırmaq;

  • Avadanlıqların, aqreqatların və mexanizmlərin sökülməsi, yığılması, təmiri və tənzimlənməsini həyata keçirmək;

  • Nəzarət-ölçü cihazlarının texniki vəziyyətinə nəzarət etmək;

  • Planlı-profilaktik təmir işlərində iştirak etmək;

  • Köhnəlmiş hissələrin bərpasını və dəyişdirilməsini təmin etmək;

  • Avadanlıqların düzgün quraşdırılması və saz vəziyyətdə saxlanmasına nəzarət etmək;

  • Növbə ərzində avadanlıqların işinə nəzarət etmək və yaranan kənarlaşmaları aradan qaldırmaq;

  • Növbə təhvil-təslimi zamanı texniki vəziyyət barədə məlumat vermək;

  • Görülmüş işlər üzrə müvafiq qeydiyyat aparmaq;

  • SƏTƏM və daxili təhlükəsizlik qaydalarına riayət etmək;

  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Tələblər:

  • Texniki peşə və ya orta ixtisas təhsili;

  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;

  • Mexaniki avadanlıqların təmiri və istismarı üzrə biliklər;

  • Məsuliyyətli, diqqətli və operativ olmaq;

  • Növbəli iş rejimində işləmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: Növbəli

  • İş yeri Sumqayıt

  • Nahar əvəzi əlavə ödəniş

  • Servis xidməti mövcuddur

  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək

  • Müraciətlər həftə içi 5 gün, 08:00–17:00 aralığında WhatsApp üzərindən qəbul olunur.

Müraciət üçün:

Müraciət zamanı ad, soyad, yaş və yaşayış yerini qeyd etməyiniz xahiş olunur.

Vatsap: 010 236 08 17 – Kadrlar şöbəsi

G Glassica
Glassica
Emal sənayesi

Texniki şüşə məmulatları daxil olmaqla şüşə məmulatların istehsalı və emalı.

Похожие вакансии

Смотреть все
Позвонить