Radion Group MMC Ofis Meneceri / Tender və Kargüzarlıq üzrə Mütəxəssis
О должности
Fəaliyyətimizin genişlənməsi ilə əlaqədar komandamıza məsuliyyətli, təşəbbüskar və peşəkar Ofis Meneceri / Tender və Kargüzarlıq üzrə Mütəxəssis dəvət edirik.
Əsas vəzifə öhdəlikləri
Şirkətin inzibati və ofis işlərinin təşkili və koordinasiyası;
Daxil olan və göndərilən sənədlərin, məktubların və rəsmi yazışmaların hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;
Müqavilələrin, əlavələrin, aktların, təhvil-təslim sənədlərinin, qiymət təkliflərinin və digər hüquqi-texniki sənədlərin hazırlanması;
Dövlət Satınalmaları Portalında elan olunan tenderlərin gündəlik izlənilməsi, təhlili və şirkətin tenderlərdə iştirakının təşkili;
Tender sənədlərinin hazırlanması, elektron sistemə yüklənməsi və tender prosesinin sonunadək izlənilməsi;
Dövlət qurumlarının elektron informasiya sistemləri və portalları ilə işləmək;
Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər elektron sənədlərin hazırlanması;
Müştərilər, tərəfdaşlar və dövlət qurumları ilə rəsmi yazışmaların aparılması;
Gündəlik kassa və xırda maliyyə əməliyyatlarının uçotunun aparılması (tam mühasibatlıq funksiyası nəzərdə tutulmur);
Rəhbərliyin verdiyi inzibati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
Ofis sənəd dövriyyəsinin və məlumat bazasının düzgün idarə olunması.
Namizədə tələblər
Bəy namizədlərə üstünlük verilir.
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət (rus və ya ingilis dili biliyi üstünlükdür);
MS Office proqramlarını, xüsusilə Word və Excel proqramlarını yüksək səviyyədə bilmək;
Elektron hökumət platformaları və digər dövlət portalları ilə işləmək bacarığı;
Dövlət Satınalmaları Portalında tender prosedurları üzrə iş təcrübəsi üstünlük hesab olunur;
Elektron qaimə-fakturaların hazırlanması üzrə bilik;
Rəsmi yazışma və sənədləşmə qaydalarını bilmək;
Analitik düşünmə, məsuliyyətlilik, operativlik və yüksək təşkilatçılıq bacarığı;
Komandada işləmək və eyni zamanda müstəqil qərar vermək bacarığı.
Biz təklif edirik
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
Əməkhaqqı: müsahibə əsasında təyin olunacaq
Stabil və uzunmüddətli iş mühiti;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Tələblərə uyğun namizədlərdən CV-lərini “Ofis Meneceri / Tender və Kargüzarlıq üzrə Mütəxəssis” başlığı ilə [email protected] poçt ünvanına göndərmələri xahiş olunur.
