X XanXan

Pərakəndə satışın təşkili şöbəsinin satış təmsilçisi

Опубликовано 14 ч. назад Источник
Клиентский сервис
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
14 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Əmək funksiyası: 

  • Təhkim olunduğu region üzrə pərakəndə satış nöqtələrini mütəmadi ziyarət etmək. 
  • Müştərilərdən sifarişləri qəbul etmək, satış planına uyğun sifarişlərin formalaşdırılmasını təmin etmək. 
  • Şirkətin məhsullarının satışını artırmaq, yeni müştərilər cəlb etmək və mövcud müştəri bazasını inkişaf etdirmək. 
  • Məhsulların satış nöqtələrində düzgün yerləşdirilməsinə, vitrin və rəf düzülüşünə (merçandayzinq qaydalarına) nəzarət etmək. 
  • Satış nöqtələrində məhsul ehtiyatını izləmək, məhsul çatışmazlığının qarşısını almaq üçün tədbirlər görmək. 
  • Şirkətin qiymət, endirim və marketinq kampaniyalarının satış nöqtələrində düzgün tətbiq olunmasını təmin etmək. 
  • Rəqib şirkətlərin qiymətləri, məhsulları və bazardakı fəaliyyəti barədə məlumat toplamaq və rəhbərliyə təqdim etmək. 
  • Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və təqdim etmək. 
  • Debitor borclarının vaxtında yığılmasına nəzarət etmək və müştərilərlə hesablaşmaların aparılmasına dəstək vermək. 
  • Müştərilərin müraciətlərini, şikayət və təkliflərini qəbul etmək, onların operativ həlli üçün aidiyyəti şöbələrlə əməkdaşlıq etmək. 
  • Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək. 
  • Şirkətin daxili qaydalarına, etik davranış normalarına, əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya tələblərinə riayət etmək. 
  • Rəhbərlik tərəfindən verilən və vəzifəsi ilə bağlı digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Vakansiya bəy namizədlər üçün nəzərdə tutulub;
  • Satış sahəsində minimum 1 (bir) il iş təcrübəsi;
  • Spirtli içkilər kateqoriyası ilə iş təcrübəsi;
  • Bakı və Bakı ətrafı əraziləri tanıması və müəyyən müştəri bazasının olması;

CV formasına ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

İş yeri - Bakı şəhərindədir

Mövzü yerinə “Satış təmsilçisi” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Похожие вакансии

Смотреть все
Откликнуться