LA LPP Azerbaijan MMCLPP Azerbaijan MMC

Pərakəndə üzrə əməliyyat koordinatoru

Опубликовано 14 ч. назад Источник
HR
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
23 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vəzifənin ümumi təsviri

  • Pərakəndə əməliyyatlar üzrə koordinator mağazaların gündəlik əməliyyat fəaliyyətini koordinasiya edir, satış proseslərinin səmərəli icrasını dəstəkləyir və mağazaların şirkət standartlarına, büdcəyə və yerli qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsini təmin edir.

Əsas vəzifə öhdəlikləri

  • Mağazaların inzibati və əməliyyat xərclərini planlaşdırmaq, sifarişləri idarə etmək və təchizatçılarla əməkdaşlığı koordinasiya etmək.
  • Ödəniş sistemləri, nağd pulun inkassasiyası və mağazaların təhlükəsizlik xidmətləri ilə bağlı prosesləri koordinasiya etmək.
  • Elektrik, kommunal və digər xidmət təminatçıları ilə əməkdaşlığı və müqavilə proseslərini idarə etmək.
  • Əməliyyat xidmətləri üzrə sənədləşmə, hesab-fakturaların emalı və hesabatların hazırlanmasını həyata keçirmək.
  • Xidmət xərcləri üzrə danışıqlar aparmaq, xidmətin səmərəliliyinə nəzarət etmək və mağazalardan daxil olan rəyləri idarə etmək
  • Təhlükəsizlik planları və risk analizləri üçün tələb olunan sənədləri hazırlamaq və təqdim etmək

  • İdarə olunan xidmətlərlə bağlı hesab-fakturaları daxili sistemdə emal etmək.
  • Rəhbərlik, auditorlar və aidiyyəti şöbələr üçün müvafiq məlumat və xərc hesabatlarını hazırlamaq
  • Satınalma şöbəsi ilə əməkdaşlıq edərək yerli təchizatçılarla tariflər və xidmət paketləri üzrə danışıqlar aparmaq

Namizədə tələblər

  • Təhsil: Ali
  • İş təcrübəsi: Pərakəndə satış, audit, İtkilərin qarşısının alınması, xəzinə əməliyyatlarındə ən azı 5 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili – yaxşı
  • Komputer bacarıqları: Microsoft Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı.
  • Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı.
  • Layihələrin koordinasiyası və eyni vaxtda bir neçə prosesi idarə etmək bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.

Похожие вакансии

Смотреть все
Откликнуться