ABS Apar (Bike-Sharing Startup)Apar (Bike-Sharing Startup)

Product Owner (Məhsul sahibi)

Опубликовано 17 ч. назад Источник
ИТ
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
20 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Biz, inkişaf etməkdə olan rəqəmsal məhsulumuzun növbəti mərhələsində bizə qoşulacaq, məhsulu sadəcə idarə edən yox, onu biznes uğuruna aparacaq Product Owner axtarırıq

Əsas vəzifələr:

  • Məhsulun biznes strategiyasını qurmaq: Məhsulu necə daha gəlirli və uğurlu edə biləcəyimizə dair qərarlar vermək.
  • Backlog-u idarə etmək: Məhsulun inkişafı üçün görüləcək işləri (Roadmap) planlaşdırmaq və vaciblik dərəcəsinə görə sıralamaq.
  • Texniki tapşırıqları hazırlamaq: İstifadəçi tələblərini analiz edib, proqramçılar üçün başa düşülən şəkildə User Story, Flow və Acceptance Criteria-lar yazmaq.
  • Metrikaları izləmək: Məhsulun rəqəmlərini (gəlir, istifadəçi davranışı və s.) analiz edib, artım üçün təkliflər irəli sürmək.
  • Komanda ilə iş: Development, dizayn və digər daxili komandalarla sıx əməkdaşlıq edərək, funksionallıqların yüksək keyfiyyətlə icrasını təmin etmək.
  • İstifadəçi təcrübəsinə fokuslanmaq: UX/UI prinsiplərini nəzərə alaraq, tətbiqi istifadəçi üçün daha rahat və cəlbedici etmək.
  • Bazar təhlili: Rəqibləri və bazardakı tendensiyaları izləyərək məhsulun rəqabət qabiliyyətini qorumaq.

Tələblər:

  • Rəqəmsal məhsulun (xüsusilə mobil tətbiq) inkişafında 2–3 il iş təcrübəsi.
  • Biznes yönümü: "Bu funksionallıq şirkətə nə qazandıracaq?" sualını hər qərarın mərkəzində tutmaq.
  • Dataya əsaslanaraq qərar vermək və məhsul metrikalarını düzgün şərh edə bilmək.
  • Product Backlog-un idarə edilməsi, User Story və Acceptance Criteria yazılması qaydalarına bələd olmaq.
  • Mobil tətbiqlərin UX/UI prinsipləri və API inteqrasiyaları haqqında ümumi biliyə sahib olmaq.
  • Texniki komanda ilə biznes maraqları arasında körpü olmaq, fikirlərini dəqiq çatdırmaq.
  • Startap mühitində dəyişən prioritetlərə tez uyğunlaşmaq və məsuliyyət götürmək.
  • Azərbaycan dilində mükəmməl, ingilis dilində isə işgüzar səviyyədə bilik.

İş şəraiti:

  • 5 günlük iş qrafiki; 
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir; 
  • Peşəkar komandada işləmək və innovativ rəqəmsal məhsulun inkişafında iştirak etmək imkanı; 
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Product Owner" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

ABS Apar (Bike-Sharing Startup)
Apar (Bike-Sharing Startup)

Похожие вакансии

Смотреть все