ET
Ежемесячная зарплата
₼400+
- Категория
- Клиентский сервис
О должности
İş barədə məlumat:
- Ticarət mərkəzində yerləşən innovativ stendlərimizə ziyarətçilərin diqqətini cəlb etmək, brendin vizual tanıtımını həyata keçirmək;
- Ticarət mərkəzində stendə yaxınlaşan müştəriləri gülərüzlə qarşılamaq;
- Tam avtomatlaşdırılmış innovativ aparatlarımızın işləmə prinsipini müştərilərə nümayiş etdirmək;
- Müştərilərə sensor ekranda məhsul seçməkdə və ödəniş (kart/nağd) prosesində köməklik göstərmək;
- Şirkətin mövcud kampaniyaları və endirimləri barədə ziyarətçiləri məlumatlandırmaq
Tələblər:
- Aktiv, pozitiv, ünsiyyətcil və təqdimat bacarığı yüksək olan xanımlar;
- Müştərilərlə rahat dil tapmaq və satış etmək həvəsi;
- Azərbaycan dilində səlis danışıq (Rus dili arzuolunandır);
İş şəraiti
- Satış aktivliyinə görə yüksək qazanc potensialı (Maaş 400 azn + Bonus sistemi);
- İş qrafiki: Növbəli şəkildə 10.00 – 16.00 və 16.00 – 22.00 (həftəlik 40 saatı aşmamaq şərti ilə)
Karyera Yüksəlişi Şansı: Bizimlə işə başlayan və satış performansında fərqlənən aktiv əməkdaşlarımıza gələcəkdə şirkətin daxili layihələrində və korporativ satış strukturunda "Satış Meneceri" vəzifəsinə yüksəlmək və karyerasını bizimlə davam etdirmək şansı təklif olunur;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.