Qarabağ Universiteti Proqram rəhbəri-Xankəndi
О должности
Qarabağ Universiteti “Tarix” və “Dövlət və ictimai münasibətlər” ixtisasları üzrə Proqram rəhbəri vəzifəsinə peşəkar, təşəbbüskar, liderlik və akademik idarəetmə bacarıqlarına malik namizədləri müraciət etməyə dəvət edir.
Vəzifə öhdəlikləri:
Proqram üzrə akademik, elmi və inzibati fəaliyyətin təşkilinə və idarə olunmasına rəhbərlik etmək;
Proqram üzrə təhsil proqramı, tədris planı, sillabus və digər zəruri tədris sənədlərinin işlənməsini təmin etmək;
Proqram üzrə keyfiyyət təminatı tədbirlərinin həyata keçirilməsini təmin etmək;
Fakültə və universitetin müvafiq struktur bölmələri ilə koordinasiyalı fəaliyyət göstərmək;
Proqram üzrə illik hesabatların, fəaliyyət planlarının və inkişaf təkliflərinin hazırlanmasını təmin etmək.
Tələblər:
Proqram profilinə uyğun sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi;
Ali təhsil müəssisəsində elmi-pedaqoji və idarəetmə təcrübəsi;
Təhsil proqramlarının təşkili və idarə olunması sahəsində biliklər;
Təhsil sahəsinə aid normativ-hüquqi sənədlər və hesabatlarla işləmək bacarığı;
Akademik planlaşdırma və təşkilatçılıq bacarıqları;
Liderlik, qərarvermə və komanda ilə işləmək bacarığı;
Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
İngilis dilində minimum C1 səviyyəsində şifahi və yazılı ünsiyyət bacarığı;
Beynəlxalq əməkdaşlıq, layihə fəaliyyəti və ya akkreditasiya təcrübəsi üstünlük hesab olunur.
Tələb olunan sənədlər:
CV (ingilis dilində);
Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
Elmi və elmi-metodiki işlərin siyahısı;
Motivasiya məktubu (maksimum 500 söz).
Təklif etdiyimiz üstünlüklər:
Rəqabətədavamlı əməkhaqqı
Elmi-tədqiqat mühiti
Xankəndidə mənzillə təminat
Akademik inkişaf imkanları
Ekoloji təmiz və yaşıl şəhər
Qeyd 1: Müraciət məktubunun mövzu hissəsində “Proqram rəhbəri vakansiyası” ifadəsini qeyd edilməsi vacibdir.
Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
