Azərbaycan Dəmir Yolları Qatar tərtibçisi (Salyan)
Режим работы Полная занятость
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Manevr işində qatarın tərtib olunması və tərkibin dağıdılması, tranzit qatarlardan vaqonların açılması, qoşulması, vaqonların yükləmə-boşaltma və xüsusiləşdirilmiş yollara verilməsi işini yerinə yetirmək;
- Stansiyalarda ərazisindəki xidməti sahəsində manevr işini həyata keçirmək;
- İnsanlarla tutulu, əndazəli və təhlükəli maddələrlə yüklənmiş vaqonlarla manevr işi xüsusi ehtiyatla yerinə yetirmək;
- Vaqonların bir-birinə qoşulmasını və həmçinin onların hüdud sütuncuğundan kənara çıxmamasını və düzgün bərkidilməsini yoxlamaq;
- Manevr rəhbəri kimi manevr işinin düzgün və təhlükəsiz yerinə yetirilməsini təmin etmək;
- Təpə növbətçisi və ya stansiya növbətçisinin icazəsi ilə təpə tərəfdən vaqonları qoşaraq yollara basılması zamanı vaqonların altında tormoz başmaqlarının olmamasına əmin olmaqla parkın yollarında stansiya növbətçisinin icazəsi ilə hərəkət tərkiblərinin dartı yollarına çəkilməsi və bir yoldan digər yola qoyulması üzrə manevr işini görmək;
- İMB qurğularının normal işinin pozulması zamanı stansiya və ya təpə növbətçisinin göstərişi ilə mərkəzləşdirilmiş yoldəyişənləri kurbel vasitəsilə çevirmək, hazırlanmış marşrutun düzgünlüyünü və izolə sahəsinin boş olmasını yoxlamaq;
- Qatar heyətinin tormoz başmaqları ilə bərkidilməsini, onların təkərlərin altından götürülməsini, yoldəyişənlərin yerləşməsini, daimi işarələri, mərkəzləşdirilmiş, mərkəzləşdirilməmiş və yoldəyişən postların yerini və xidmət etmə qaydalarını bilməklə müvafiq işləri icra etmək.
Tələblər
- Azərbaycan dövlət dəmiryolunun texniki istismar qaydaları haqqında məlumatlı olmaq;
- Azərbaycan dövlət dəmiryolunun qatarların hərəkəti və manevr işinə dair təlimatı haqqında məlumatlı olmaq;
- Azərbaycan dövlət dəmiryolunun işarəvermə təlimatı haqqında məlumatlı olmaq;
- Diqqətlilik, problem həll etmə bacarığı.
ADY 

Azərbaycan Dəmir Yolları
Nəqliyyat və anbar təsərrüfatı
Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin…