ANC Group (Rahat Market) Qəssab
О должности
ANC Group (Rahat Market)-dan vakansiya: Qəssab tələb olunur
Vəzifə öhdəlikləri:
– Müştərilərə nəzakətli və səmimi xidmət göstərmək;
– Müştərilərə məhsul haqqında məlumat vermək;
– Ət məhsullarının hissələrə düzgün şəkildə bölünməsi və vitrinə səliqəli düzülməsi;
– Müxtəlif növ ətlərin (mal, qoyun, toyuq və.s) kəsilməsi, doğranması, təmizlənməsi və sümüklərin ayrılması;
– Ət məhsullarının tərəzidə düzgün çəkilməsinə riayət etmək.
Namizədlərə tələblər:
– Təhsil : Vacib deyil
– İş təcrübəsi : 1 ildən 3 ilə qədər (market sahəsində təcrübə üstünlükdür);
– Cins: Bəy namizədlər
– Yaş həddi: 18-55 arasında namizədlər
– Təmizkar və məsuliyyətli olmaq;
– Müştərilərlə düzgün ünsiyyət bacarığı;
– Komandada işləmə bacarığı;
– Ət növlərini və kəsim üsullarını bilmək;
– Əmək funksiyasını düzgün şəkildə yerinə yetirmək
İş şəraiti:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: Növbəli (səhər, axşam)
– Nahar və geyim şirkət tərəfindən təmin olunur.
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 700-1000 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Qəssab” yazaraq [email protected] epoçt ünvanına ya da (055)909-36-60 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
