Azerbaijan Automobiles Qrafik dizayner
Опубликовано 18 ч. назад Источник ↗
Категория Дизайн
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
"Azerbaijan Automobiles" şirkətinə “Qrafik dizayner” tələb olunur;
Iş barədə məlumat:
- Automobiles Group portfelinə daxil olan bütün brendlər üçün rəqəmsal və çap materiallarının vizual dizaynını hazırlamaq.
- Sosial media postları, story və reel cover-ları, reklam bannerləri, kampaniya vizualları, e-mail materialları, təqdimatlar, broşürlər, kataloqlar, POSM materialları və digər marketinq daşıyıcıları üzrə dizayn işlərini icra etmək.
- Yeni model təqdimatları, xüsusi qiymət kampaniyaları, showroom tədbirləri, test-drive aktivlikləri, BTL layihələri və korporativ kommunikasiya üçün yaradıcı vizual konseptlər hazırlamaq.
- Hər brendin rəsmi brand guideline, loqo istifadəsi, rəng palitrası, şrift, dizayn dili və digər vizual identifikasiya qaydalarına uyğun işləmək.
- Global tərəfdən təqdim olunan vizual materialları lokal bazarın kommunikasiya ehtiyaclarına uyğunlaşdırmaq və müxtəlif ölçü-formatlarda adaptasiya etmək.
- Marketinq, rəqəmsal marketinq, content və communications komandaları ilə əməkdaşlıq edərək kampaniya brief-lərinə uyğun vizual həllər təqdim etmək.
- Dizayn işlərinin kontent planına, kampaniya tarixlərinə və təsdiqlənmiş deadline-lara uyğun vaxtında hazırlanmasını təmin etmək.
- Təqdim olunan dizaynların keyfiyyətinə, mətnlərin düzgünlüyünə, qiymət və kampaniya məlumatlarının dəqiq yerləşdirilməsinə nəzarət etmək.
- Çap məhsulları üçün mətbəə tələblərinə uyğun, yüksək keyfiyyətli və çap üçün hazır fayllar hazırlamaq; istehsal prosesində rəng, ölçü və material keyfiyyətinə nəzarət etmək.
- Foto və video prodakşn materiallarının seçilməsi, retouch, vizual adaptasiyası və kampaniya materiallarında istifadəsində iştirak etmək.
- Mövcud dizayn arxivini, loqo və brand asset-lərini sistemli şəkildə idarə etmək və komandanın istifadəsi üçün aktual faylları təmin etmək.
- Sosial media və avtomobil sektorunda vizual dizayn trendlərini izləmək, brendlərin kommunikasiya keyfiyyətini yüksəldəcək yeni yaradıcı yanaşmalar təklif etmək.
- İş prosesini sürətləndirmək və yaradıcı həlləri təkmilləşdirmək məqsədilə uyğun AI dizayn alətlərini araşdırmaq və istifadə etmək.
- Şirkətin bütün kommunikasiya materiallarında vahid, premium və peşəkar vizual standartın qorunmasını təmin etmək.
İş şəraiti
- İş qrafiki: Həftə içi 6 gün
- İş ünvanı: Bakı, Babək prospekti.
Namizədə tələblər:
- Ali təhsil (aidiyyatı ixtisas üzrə)
- Dizaynes sahəsi üzrə ixstisaslaşma sertifikatları
- Qrafik Dziayner sahəsində iş təcrübəsi mütləqdir;
- Azərbaycan dilini səlis bilməli, ingilis dili, rus dilini bilməsi arzu olunandır;
- MS office biliyi, Qrafik dizayner sahəsi üzrə müvafiq proqram bilikləri və peşəkar istifadə və ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı
- İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində "Qrafik dizayner" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
AA 

Azerbaijan Automobiles
Topdansatış və pərakəndə ticarət