Rəqəmsal Marketinq Meneceri
Опубликовано 21 ч. назад Источник ↗
Категория Маркетинг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
Rəqəmsal Strategiya və Tətbiq:
- Onlayn görünürlüğü artırmaq, əlaqəni və konversiyanı (satışları) gücləndirmək və ümumi rəqəmsal təsiri artırmaq üçün genişmiqyaslı rəqəmsal marketinq strategiyaları hazırlamaq və icra etmək;
- Axtarış metodlari , sosial media / AdTech və e-mail marketinq platformaları daxil olmaqla müxtəlif kanallar üzrə rəqəmsal kampaniyaları planlaşdırmaq və idarə etmək;
- Sosial media səhifə və hesablarını idarə edən bir neçə sosial media administratoru üçün işin həcmini müəyyənləşdirmək və onlara rəhbərlik etmək.
Məzmun Hazırlığı və Rəqəmsal İdarəetmə:
- Bütün rəqəmsal və sosial platformalarda yüksək keyfiyyətli məzmun yaradılması və kurasiyasını təmin etmək;
- Rəqəmsal kampaniyalar üzrə KPI göstəricilərini ölçmək üçün panel və hesabat sistemləri hazırlamaq, rəqiblərin araşdırılmasını aparmaq və rəqəmsal performansı yaxşılaşdırmaq üçün tövsiyələr təqdim etmək;
- Veb saytlar, sosial media səhifələri və digər onlayn platformalar daxil olmaqla bütün rəqəmsal aktivlərin idarə olunmasına nəzarət etmək, brend kimliyinə uyğun məzmun ardıcıllığını təmin etmək.
Marketinq Texnologiyalarının Tətbiqi:
- Rəqəmsal marketinq proseslərini avtomatlaşdırmaq və optimallaşdırmaq məqsədilə marketinq avtomatlaşdırma vasitələri və kommunikasiya texnologiyalarını araşdırmaq, tövsiyə etmək, tətbiq etmək və idarə etmək;
- Marketinq komandası üçün rəqəmsal alətlərin, texnologiyaların və platformaların effektiv istifadəsi üzrə təlim və dəstək göstərmək;
- Rəqəmsal marketinq sahəsindəki son tendensiyalar, vasitələr və yaxşı təcrübələrlə gündəmdə qalmaq və şirkətin rəqəmsal rəqabətliliyini təmin etmək.
Tələblər
Təhsil:
- Marketinq, Rəqəmsal Media, Kommunikasiya, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi, və ya
- Rəqəmsal marketinq, sosial media idarəçiliyi, marketinq avtomatlaşdırması və ya əlaqəli sahələr üzrə beynəlxalq peşəkar sertifikat (məsələn, CIM, PCM, CDMP və ya ekvivalent).
Peşəkar Təcrübə:
- Rəqəmsal marketinq sahəsində minimum 5 il iş təcrübəsi, bunun azı 2 ili rəhbərlik səviyyəsində olmalıdır;
- Rəqəmsal marketinq kampaniyalarının və onlayn cəlbetmə təşəbbüslərinin uğurla idarə edilməsi üzrə sübut olunmuş təcrübə;
- Moda pərakəndə satışı və ya istehlakçı yönümlü sahələrdə iş təcrübəsi üstünlükdür.
Əsas Bacarıqlar:
- Rəqəmsal marketinq strategiyaları, alətləri və tətbiq sahəsində güclü anlayış;
- Məzmun idarəetmə sistemləri, sosial media platformaları və marketinq avtomatlaşdırma vasitələri üzrə bacarıq;
- Əla layihə idarəetməsi və təşkilati bacarıqlar;
- Analitik təfəkkür, məlumatların təhlili və onlardan praktik nəticələr çıxarma bacarığı;
- Yaradıcı düşüncə, problem həll etmə, effektiv kommunikasiya və komanda ilə əməkdaşlıq bacarığı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Sinteks Group of Companies
Topdansatış və pərakəndə ticarət
Sinteks Şirkətlər Qrupu Qafqaz və Mərkəzi Asiya regionunda moda üzrə aparıcı pərakəndə satış qruplarından biridir. Şirkət premium, orta-yuxarı və kütləvi bazar seqmentlərini əhatə edən 100-dən çox…