Güven Group Company MMC Restoran Meneceri / direktoru
О должности
Ünvan - Güven Group Company MMC - Shakespeare Restoranı
Vəzifə öhdəlikləri:
Restoranın fasiləsiz fəaliyyətinin təşkili
Standartların tələblərinə riayət edilməsinə nəzarət
Müştərilərlə danışıqların aparılması
Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət
Restorandakı bütün mətbəx avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi
Sifarişlərin qaydalara əsasən qəbulunu tənzimləmək və nəzarət etmək
Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək, daima yeniliklər edərək rəhbərliyə təkliflər vermək
İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək
Heyətin iş qrafiki, istirahət günləri və daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək
İşçi heyətinin seçimi, təlimləndirilməsi və motivasiyasında iştirak
Gigiyena və təhlükəsizlik qaydalarına uyğun olaraq ehtiyac yarandıqda mətbəx personalına dəstək olmaq.
Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin etmək.
Namizədə dair tələblər:
Təhsil: Ali təhsil
İş təcrübəsi : Restoran sahəsində menecer/direktor vəzifəsində minumum 5 il iş təcrübəsi
Yüksək səviyyədə ünsiyyət qurabilmə və təşkilatçılıq qabiliyyəti
İdarəçiliyində minumum 50 nəfərlik heyətin olması;
Detallara diqqət etmək bacarığı
Əmək intizamına riayət etmək
Kollektivdə işləmək bacarığı;
Kompüter bilikləri: MS Office
Dil bilikləri: Rus dili və ya İngilis dili
İş şəraiti:
İş qrafiki: 6 günlük iş qrafiki
İstirahət günü: həftədə 1 gün
Nahar şirkət tərəfindən verilir
Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
Əmək haqqı: müsahibə əsasında.
Vakansiya ilə maraqlanan namizədlərdən şəkilli CV-lərini [email protected] elektron poçt ünvanına və ya 0102329119 nömrəsinin whatsappına, mövzu hissəsində vakansiya adını “Restoran meneceri / direktoru” qeyd edərək göndərilməsi xahiş olunur.
