DPQ
Deluxe Park Qusar

Restoran Supervayzeri (Zal Nəzarətçisi)

Опубликовано 18 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Категория
Гостеприимство

О должности

İş şəraiti

  • Ünvan: Qusar rayonu
  • İş qrafiki: Tam iş günü
  • Əməkhaqqı: Müsahibə əsasında

 İşin Təsviri və Öhdəliklər:

  • Zalda xidmət personalının (ofisiant, barmen, komis və s.) gündəlik işinə, geyim oturuşuna (görünüşünə) və nizam-intizamına birbaşa nəzarət etmək;
  • Qonaqların qarşılanması, masalara əyləşdirilməsi və yüksək səviyyəli xidmət standartlarının tətbiqini təmin etmək;
  • Zaldakı təmizlik, masa düzümü və gigiyena qaydalarına nəzarət etmək;
  • Restoran menecerinin tapşırıqlarını komandaya ötürmək və icrasını təmin etmək;
  • İş rejimi zamanı yaranan kiçik anlaşılmazlıqları və müştəri xidmətindəki axsamaları operativ şəkildə həll etmək;
  • Yeni işə başlayan zal heyətinə adaptasiya prosesində dəstək olmaq.

 Namizədə Dair Tələblər:

  • Restoran sferasında Supervayzer, Böyük Ofisiant (Captain) və ya İnzibatçı köməkçisi kimi ən azı 1-2 il iş təcrübəsi;
  • Milli mətbəx və servis qaydaları (etiket, qonaqla ünsiyyət) haqqında biliklər;
  • Azərbaycan və Rus dillərində sərbəst danışıq qabiliyyəti;
  • Komandanı idarə etmək, tapşırıq vermək və nəzarət etmək bacarığı;
  • Aktiv, punktual, məsuliyyətli və müştəriyönümlü yanaşma.

Biz Nə Təklif Edirik?

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
  • Şirkət tərəfindən yaşayış yeri (qalmağa yer) təminatı;
  • Şirkət hesabına gündə 3 dəfə qidalanma;
  • Qusar rayon mərkəzindən iş yerinə servis
  • Peşəkar komandada inkişaf və gələcəkdə menecer vəzifəsinə yüksəlmək imkanı.

Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsinə "Restoran Supervayzeri" yazmaqla və əməkhaqqı gözləntilərini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Похожие вакансии

: