"Azərbaycan Hava Yolları" QSC Reyslərin razılaşdırılması üzrə Dispetçer
Режим работы Полная занятость
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- “AZAL” QSC-nin hava limanlarına yerinə yetiriləcək uçuşlar üzrə daxil olan hava gəmilərinin enmə sorğularını qəbul etmək, yoxlamaq və razılaşdırmaq;
- Hava gəmilərinin enməsi üçün əvvəlcədən tələb olunan razılaşdırma prosesini həyata keçirmək və uçuşların koordinasiyasını təmin etmək;
- Hava gəmilərinin hərəkət cədvəli və cədvəldə baş verən dəyişikliklər barədə “AZAL” QSC-nin aidiyyəti struktur bölmələrini, məsul şəxslərini, habelə müvafiq xidmət göstərən agentləri, onların müəssisə və filiallarını operativ şəkildə məlumatlandırmaq;
- Hava gəmilərinin sutkalıq uçuş planına əlavə və dəyişikliklər daxil etmək, məlumatların düzgünlüyünü və aktuallığını yoxlamaq;
- Hava gəmilərinin enmə sorğularını “AZAL” QSC-nin aidiyyəti struktur bölmələri, aeroport ərazisində fəaliyyət göstərən xidmətlər, agentlər, onların müəssisə və filialları ilə razılaşdırmaq;
- Uçuşların planlaşdırılması və icrası ilə bağlı məlumatların dəqiqliyini təmin etmək, aidiyyəti tərəflər arasında operativ informasiya mübadiləsini həyata keçirmək;
- Razılaşdırılmış uçuşlarla bağlı sənədləşdirməni aparmaq və müəyyən edilmiş prosedurlara uyğun uçotun aparılmasını təmin etmək.
Tələblər
- Təhsil səviyyəsi - Bakalavr;
- Minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili (sərbəst);
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Word, Excel – əla səviyyədə).
İş qrafiki:
- Növbəli;
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı.

"Azərbaycan Hava Yolları" QSC
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət…