KB Kapital BankKapital Bank

Risk hadisələrinin idarə edilməsi şöbəsinin Aparıcı Mütəxəssisi

Bakı Опубликовано 3 ч. назад Источник
Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
31 iyul 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Əməkdaş risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə metod və modellərin tətbiqində iştirak edir, əməliyyat itkilərinin və insidentlərin səbəblərini analiz edərək onların aradan qaldırılması üçün müvafiq struktur bölmələrlə işləyir. Eyni zamanda, risk nəticələrinin təhlili, nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi və rəhbərlik üçün müntəzəm hesabatların hazırlanması bu rolun əsas öhdəliklərindəndir.

+ ' ' +
  • Təhsil: Ali (iqtisadi və ya maliyyə təhsili üstünlükdür);
  • Təcrübə: bank sektorunda ən azı 5 il,sahə üzrə 3 il;
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus;
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;
  • Yüksək kommunikasiya bacarıqları
  • Vahid komandada işləmək qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli olmaq.
+ ' ' +
  • İnkişaf imkanları;
  • Rəqabətli əmək haqqı və bonuslar;
  • Yüksək təminatlı sığorta;
  • Dəstəkləyici mühit;
  • Visa Premium əmək haqqı kartı;
  • Korporativ endirimlər;
  • Korporativ tədbirlər;
  • Əlavə məzuniyyət;
  • Güzəştli təhsil və işçi krediti.
+ ' ' +
  • Bankda risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, yenidən qiymətləndirilməsi, təsdiqlənməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi (bankın aidiyyəti struktur bölmələri ilə birgə), müvafiq hesabatların hazırlanması işində iştirak edir;
  • ERM siyasətinə uyğun risklərin qiymətləndirilməsində aparıcı rol oynayır, mürəkkəb risk analizlərini aparır və təkmilləşdirilməsinə töhfə verir;
  • Bankda risk identifikasiyası üzrə üsul və alətləri tətbiq edərək yeni risklərin identifikasiyası prosesini təşkil edilməsində iştirak edir; İnsidentlərin səbəblərini araşdırır və aradan qaldırılması istiqamətində struktur bölmələr tərəfindən görülən işləri izləyir;
  • İnsidentlərin idarə olunması üzrə prosesləri optimallaşdırır, hesabatların hazırlanması və təhlilinə rəhbərlik edir;
  • Əməliyyat itkilərinin səbəblərinin araşdırılması, aradan qaldırılması ilə bağlı struktur bölmələrdən tədbirlərin əldə olunması və itkilərlə bağlı hesabat məlumatlarının formalaşdırılmasını icra edir; Müxtəlif mənbələr üzrə dataların araşdırılması nəticəsində aşkar olunmuş əməliyyat itkilərini müvafiq hesabata daxil edir;
  • İnsidentlər və itkilər üzrə nəticələrin analizini həyata, həmçinin rəhbərliyə periodik və sorğu əsasında hesabatları təqdim edir;
  • Bankda risk mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi çərçivəsində işlər görür;
  • Nəzarət tədbirlərinin effektivliyini qiymətləndirilməsində iştirak edir

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

KB Kapital Bank
Kapital Bank
Maliyyə və sığorta fəaliyyəti

Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan…

Похожие вакансии

Смотреть все
Откликнуться