Orzax Ruhsatlandırma və Patentləşdirmə üzrə Mütəxəssis
Режим работы Полная занятость Опыт 1–3 года Категория Маркетинг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
Şirkət: Orzax / BioHerbalBaku MMC / İş yeri: Bakı /
İş rejimi: Tam ştat I-V gün
2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır.
Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan “BioHerbalBaku” MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.
- Yeni məhsulların ruhsatlandırılması və qeydiyyatı proseslərinin idarə edilməsi
- AQTA, AEM və digər qurumlarla yazışmaların və müraciətlərin həyata keçirilməsi
- Dossier, etiket və digər texniki sənədlərin hazırlanması və nəzarəti
- Məhsul adlarının, əmtəə nişanlarının və digər patentləşdirmə proseslərinin koordinasiyası
- Patent və qeydiyyat proseslərinin izlənilməsi və hesabatlandırılması
- Xarici istehsalçılarla sənəd mübadiləsinin təşkili
Xüsusi tələblər
- Yaş: 25–40 yaş
- Ali təhsil (Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qida mühəndisliyi və ya əlaqəli sahələr)
- Ruhsatlandırma, registrasiya və ya patentləşdirmə sahəsində minimum 2 il iş təcrübəsi
- AQTA, AEM və digər aidiyyəti dövlət qurumları ilə iş təcrübəsi
- Texniki sənədlərin hazırlanması və idarə olunması bacarığı
- Azərbaycan dili sərbəst, ingilis dili üstünlükdür
- MS Office proqramlarında işləmə bacarığı
- Əmək haqqı:800-1200 AZN (namizədin bilik və bacarıqlarına uyğun)
Uyğun namizədlərin [email protected] mail ünvanına Ruhsatlandırma və Patentləşdirmə üzrə Mütəxəssis başlığı adı altında CV göndərmələri xahiş olunur
Müraciət etmək üçün: [email protected]O 

Orzax
Emal sənayesi