Company Sahə işçisi (layihə əsaslı)
Опубликовано 17 ч. назад Источник ↗
Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
İş şəraiti
- Layihə müddəti: 5 ay
- İş yeri: Şamaxı yolu, Təzəkənd yaşayış məntəqəsi yaxınlığı
- Nəqliyyat xidməti: Mövcuddur (20 Yanvar/ Şamaxinka - Təzəkənd və geriyə)
- Qidalanma: Nahar yeməyi ilə təminat
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 800 azn
Vəzifə öhdəlikləri
- Ərazidə kabellərinin (şəbəkə, rabitə və digər) çəkilməsi və montajının həyata keçirilməsi, habelə, əlaqədar digər işlərin bilavasitə icra edilməsi;
- Kabel xətlərinin çəkilməsi üçün torpaq qazıntısı və bərpa işlərini yerinə yetirmək, habelə, torpaqlama işlərində dəstək olmaq;
- Şəbəkə avadanlıqlarının quraşdırılması, qoşulması və ilkin sazlanmasında iştirak etmək;
- Video müşahidə sistemlərinin və kameraların quraşdırılması və sazlanması;
- Şəbəkə xəttləri üçün kabel kanallarının açılması və elektrik yuvalarının quraşdırılması
- Kabel xətlərinin test edilməsi, nasazlıqların aşkarlanması və aradan qaldırılması
- Sahə mühəndisləri və rəhbərlərin əlaqədar işlərlə bağlı verdiyi tapşırıqların icrası;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, texniki standartlara riayət etmək;
- Fiziki əmək tələb edən sahə işlərini yerinə yetirmək.
Tələb olunan səriştələr
- Detallara diqqət və yüksək dəqiqlik
- Komanda işi və əməkdaşlıq bacarığı
- Çeviklik və təzyiq altında işləmə qabiliyyəti
- Fiziki iş şəraitində (açıq və qapalı mühitlərdə olmaqla) çalışma bacarığı;
Texniki biliklər:
- Kabel və naqil şəbəkəsi haqqında ilkin biliklər
- Elektrik xəttləri barədə anlayış
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
CO 

Company
Oil and Gas company with an extensive experience in upstream operations, drilling, greenfield and brownfield projects. Looking for enthusiactic, witty partners to collaborate in the journey with…