İC
Ежемесячная зарплата
₼1,800+
- Категория
- Логистика
О должности
İş şəraiti
- İş qrafiki: 6 günlük iş həftəsi, saat 08:00 – 17:00
- Sosial təminatlar: Nahar və servis ilə təmin olunur
- Əmək haqqı 1800 – 2200 AZN (təcrübəyə görə dəyişir)
Vəzifənin məqsədi
- Fit-out (interyer tamamlama) layihələri üzrə sahədə işlərin layihəyə, texniki tələblərə, keyfiyyət standartlarına və iş qrafikinə uyğun icrasını təmin etmək, podratçı və təchizatçılarla koordinasiyanı həyata keçirmək.
Vəzifə öhdəlikləri
- Fit-out işlərinin (alçıpan, asma tavan, döşəmə, boya, mebel, şüşə və dekorativ işlər) gündəlik icrasına nəzarət etmək;
- İşlərin təsdiq olunmuş layihə, shop drawing və texniki spesifikasiyalara uyğun aparılmasını təmin etmək;
- Sahədə çalışan podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək;
- Elektrik, mexaniki və santexnik işlərin interyer işləri ilə uyğunluğunu təmin etmək;
- Materialların qəbulunu, keyfiyyətini və düzgün istifadəsini yoxlamaq;
- Görülən işlərin ölçülməsi və yerinə yetirilmiş iş həcmlərinin təsdiqlənməsində iştirak etmək;
- İş qrafikinin icrasına nəzarət etmək və gecikmələrin qarşısının alınması üçün tədbirlər görmək;
- Keyfiyyətə nəzarət proseslərini həyata keçirmək və uyğunsuzluqları aradan qaldırmaq;
- HSE (əməyin mühafizəsi və təhlükəsizlik) qaydalarına əməl olunmasına nəzarət etmək;
- Gündəlik və həftəlik iş hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Snag list və punch list işlərinin bağlanmasını təmin etmək;
- Layihənin vaxtında və keyfiyyətlə təhvil verilməsi prosesində iştirak etmək.
Tələblər
- İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Fit-out və ya interyer layihələrində minimum 2 il iş təcrübəsi;
- Texniki çertyoj və shop drawing-ləri oxuma bacarığı;
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
- Tikinti norma və standartları üzrə biliklər;
- Azərbaycan dilini sərbəst bilmək, rus və ya ingilis dili biliyi üstünlükdür.
Şəxsi keyfiyyətlər
- Məsuliyyətlilik və diqqətlilik;
- Vaxtın düzgün idarə edilməsi;
- Operativ qərarvermə bacarığı.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Sahə mühəndisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.